Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

İctimai və dövlət maraqlarının müdafiəsi vacibdir

İctimai və dövlət maraqlarının müdafiəsi vacibdir

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

İctimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim öz aktuallığını qorumaqdadır. Çünki ictimai və dövlət maraqlarının müdafiəsi hər bir cəmiyyət üçün vacib hesab olunur və bu səbəbdən də hər bir cəmiyyətin başlıca məqsədlərindən sayılır. Elə bizim ölkəmizdə də ictimai və dövlət maraqlarının qorunmasının cəmiyyətimizin başlıca məqsədlərindən sayılması, öz aktuallığını qoruması və vacib hesab olunması bu baxımdan başadüşüləndir.

Yaxşı bilirik ki, hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan məhz ictimai maraqlardır. Məhz bu baxımdan da ictimai maraq fərdi maraqlardan əsaslı şəkildə fərqlənir. Ümumiyyətlə, ictimai maraqlar qətiyyən heç fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir də. Unutmaq lazım deyil ki, müasir cəmiyyətlərdə bu məfhumun daha geniş və çoxşaxəli anlam kəsb etməklə, dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malik olması da təsadüfi deyil. Elə o da təsadüfi deyil ki, ictimai maraqları tənzimləyən, müdafiə edən məhz dövlətdir və təbliği də, müdafiəsi də hökumət və onun strukturları tərəfindən sığortalanır.

Sevindirici haldır ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış yetkin bir cəmiyyət sayılır. Qürur hissi ilə qeyd edə bilərik ki, məhz buna görə də cəmiyyətimizi intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunmaqdadır. Hər kəs çox yaxşı biliri ki, Azərbaycan Respublikasında dövlət maraqları, ictimai və milli maraqların təmin olunması hər zamankı kimi prioritet sayılır. “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır”, deyə bəyan edən cənab Prezident İlham Əliyevin bu fikirlərindən də görünür ki, ölkəmizdə həm dövlət mənafeyinə zərər gəlməyən, həm də ictimai maraqları təmin edən, ortaq maraqları müəyyənləşdirən, həmin maraqların üst-üstə düşdüyü ideal cəmiyyət formalaşıb. Ümumiyyətlə, Azərbaycanda milli maraqların xalqımızın fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial, eləcə də digər tələbatların məcmusu hesab olunduğuna bütün dünyada belə zərrə qədər də şübhə yoxdur.

Heç şübhəsiz ki, bizim ölkəmizdə dövlət və cəmiyyət maraqlarının məhz Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslandığı bəllidir. Cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti artıq azərbaycanlıları birləşdirən dəyərə çevrildiyi göz önündədir. Azərbaycançılıq ideologiyasına əsaslanan konsept bu gün də qüvvədədir və Ulu Öndərin layiqli davamçısının, cənab Prezident İlham Əliyevin ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdətinə xüsusi önəm verdiyi də günümüzün reallığıdır. Ən böyük reallıq odur ki, Azərbaycan dövlətinin suverenliyinin, müstəqilliyinin möhkəmlənməsi üçün milli dövlət maraqlarla ümummilli maraqların üst-üstə düşməsi böyük rol oynayır və önəmli şərt olaraq qəbul olunur.

İctimai və dövlət maraqlarının qorunması məsələsində inkişafa, irəliləyişə nail olmaq üçün hər bir tərəfin öz üzərinə düşəni yerinə yetirməsi önəmli şərt hesab edilir. Əgər dövlətimiz öz üzərinə düşəni artıqlaması ilə edirsə və bunun da hər birimiz şahidiyiksə, deməli, irəliləyiş və inkişaf naminə vətəndaşlar da öz üzərinə düşəni etməlidirlər. Xüsusən də vətəndaşlarımız ilk növbədə dövlətin yanında olmalı, dövlətin siyasətini dəstəkləməli, dövlətin müəyyənləşdirdiyi qanunlara əməl etməlidirlər və buna həssas yanaşmalıdırlar. Normalara, ələlxüsus da ictimai mənafeyə zərər vuracaq addımların atması qəbuledilməz sayılmalıdır. Necə ki, dövlətimiz ictimai asayişi təmin edir və maraqlarımızı qoruyur, biz vətəndaşlar da öz növbəmizdə vətənə bağlılığımızla öz tövhəmizi verməliyik. Hətta ölkə hüdudlarından kənarda yaşayan, xarici ölkələrdə məskunlaşan həmvətənlərimiz belə vətənimzlə, doğma Azərbaycanımızla əlaqədar bağlara sahib çıxmalıdırlar. Onlar özləri də Azərbaycana məxsus olan dəyərlərə sahib çıxmalı, həmin dəyərləri müdafiə etməli və bunun naminə birləşməli, birlik nümayiş etdirməlidirlər. Kimliyindən, hansı peşənin sahibi olmasından, harada yaşamasından asılı olmayaraq, ictimai və dövlət maraqlarının qorunması kontekstində hər bir azərbaycanlının üzərinə düşən məsuliyyət bəllidir və bilməliyik ki, hər birimiz bunun öhdəsindən gəlməliyik.

Bəli, hər birimizin ilk növbədə bilməli olduğu doğma Azərbaycanımız naminə, ictimai və dövlət maraqlarımızın qorunması naminə əlimizdən gələni əsirgəməmək kimi bir məsuliyyətimizin olmasıdır. Təbii ki, bunu daha yaxşı başa düşmək, daha yaxşı bilmək, ictimai və dövlət maraqlarının qorunmasının çox vacib olduğunu daha yaxşı dərk etmək üçün ölkəmizdə davamlı şəkildə maarifləndirmə işi aparılmalıdır və aparılır da. Məsələn, vətənpərvərlik ideologiyasının gənclər arasında təbliğatı istiqamətində mühüm addımların atıldığını və bunun nəticəsini də görürük. Təhsil ocaqlarında, xüsusən də orta və ali məktəblərdə azərbaycançılıq ideologiyasının təbliği, vətənpərvərlik ruhunda gənclərin tərbiyə alması, ictimai və dövlət maraqlarının qorunması barədə kifayət qədər təbliğat aparıldığını, maarifləndirmə işlərinin görüldüyünü və bunun da nəticələrini görməkdəyik. Bizim hər birimiz artıq gördük və şahidi olduq ki, gənclərimizin, vətəndaşlarımızın vətənin ərazi bütövlüyü uğrunda dövlətin ətrafında birləşməsində bu təbliğat, bu maarifləndirmə, məhz azərbaycanlı gənclərin vərənpərvərlik ruhunda tərbiyə edilməsi böyük tövhələr verdi. Məhz ictimai və dövlət maraqlarına böyük önəm verməsi sayəsində, həmrəyliyimiz, birliyimiz sayəsində, rəşadətli Azərbaycan Ordusu məhz Müsəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi, liderliyi və rəhbərliyi ilə ən qısa zamanda işğala son qoydu, torpaqlarımız işğaldan azad olundu. İctimai və dövlət maraqlarının qorunmasının nə dərəcədə vacibliyi bir daha özünü əyani şəkildə sübut etdi. Sübut olundu ki, məhz ictimai və dövlət maraqlarımızın, milli maraqlarımızın, mənafeləyimizin, dəyərlərimizin qorunması yolunda gənclərimiz canlarından, qanından keçdilər və bunu da bütün dünya ictimaiyyəti müşahidə etdi. Hazırda da bütün dünya ictimaiyyəti görür ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan yenidənqurma, abadlıq işlərində xalq və dövlət birliyi ən yüksək səviyyədədir və bunun da bizim ümumi maraqlarımızın, ictimai və dövlət maraqlarımızın təmin edilməsi, qorunması üçün edildiyi gün kimi aydındır. Aydındır ki, ictimai və dövlət maraqlarının qorunması nə dərəcədə aktual, nə dərəcədə vacibdir...

Müəllif: İnam Hacıyev

6.3.4. “İctimai və dövlət maraqlarının müdafiəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Dekabr 2024 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see361

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see316

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see305

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see278

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see277

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see267

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see253

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see233

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see225

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see205

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see201

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see199

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see196

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see189

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see177

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri