İdarəedici direktor: “EBRD “yaşıl enerji”nin ixracı ilə bağlı Azərbaycanın təşəbbüslərini araşdırır”
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın “yaşıl enerji”nın ixracı ilə bağlı təşəbbüslərini fəal şəkildə araşdırır.
525.az xəbər verir ki, bunu “Report”a müsahibəsində EBRD-nin Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter bildirib.
“Azərbaycan ənənəvi olaraq karbohidrogen ixracatçısıdır, lakin bu gün o, “yaşıl enerji"nin – həm özünün, həm də potensial olaraq Mərkəzi Asiyadan gələcək tranzit enerjinin ixracatçısı rolunu üzərinə götürməyə çalışır. Bu, COP29 gündəliyinin prioritetlərindən biridir və biz bu cür təşəbbüsləri fəal şəkildə araşdırırıq. Bu layihələr hələ ilkin mərhələdə olduğundan onlar irimiqyaslı və texniki cəhətdən mürəkkəbdirlər, amma biz mümkün maliyyələşdirmə mexanizmlərini müzakirə edirik və onların strukturlaşdırılmasında beynəlxalq təcrübəni bölüşməyə hazırıq”, - o qeyd edib.
H.Karpenter deyib ki, onların məqsədi bütün tərəflərin: həm istehsalçıların, həm də davamlı enerji istehlakçılarının maraqlarını nəzərə alan həllər yaratmaqdır.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 14 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















