Icma.az
close
up
RU
Qırğızıstanlı nazir: Azərbaycanın yaşıl enerji təşəbbüslərini dəstəkləməyə hazırıq

Qırğızıstanlı nazir: Azərbaycanın yaşıl enerji təşəbbüslərini dəstəkləməyə hazırıq

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qırğızıstan Azərbaycanın "yaşıl enerji" təşəbbüslərini dəstəkləməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Qırğızıstanın energetika naziri Taalaybek İbrayev noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib.

“Yaşıl enerji” dəhlizləri və zonalarının inkişafı iqlim dəyişikliyi və “təmiz elektrik enerjisi” istehsalı məsələlərinin qlobal səviyyədə həlli üçün əsas təşkil edir. Bütün ölkələrin energetika nazirliklərinin qarşısında çətin vəzifə durur: istixana qazı emissiyalarını azaltmaq və eyni zamanda əhalini “təmiz yaşıl elektrik enerjisi” ilə təmin etmək", - o vurğulayıb.

Nazir əlavə edib ki, “yaşıl strategiya”nın həyata keçirilməsi və 2050-ci ilə qədər sıfır emissiya səviyyəsinə nail olmaq çərçivəsində energetika nazirlikləri “təmiz enerji”nin istehsalı, saxlanması, tranziti və təchizatı üzrə innovativ texnologiyaların tətbiqi ilə enerji balansı strukturunda hər il bərpa olunan enerji mənbələrinin payını artırmalıdır: "COP29-un iki bəyannaməsinə qoşulmaq iştirakçıları ənənəvi enerji resurslarından asılılığın azaldılması və “təmiz enerji”nin inkişafı üzrə kompleks tədbirlər görməyə məcbur edir. Bu o deməkdir ki, mövsümi dəyişikliklərə və hava şəraitinə qarşı güclü və dayanıqlı “yaşıl generasiya” sistemi yaratmaq lazımdır. Yəni yeni külək, günəş və su elektrik stansiyaları, enerji infrastrukturları inşa etmək, kadr potensialını artırmaq, enerjiyə qənaət edən, enerji səmərəli texnologiyalara keçmək lazımdır".

T.İbrayev qeyd edib ki, bu istiqamətdə Qırğızıstanda kiçik su elektrik stansiyalarının, yeni günəş elektrik stansiyalarının tikintisində bum müşahidə olunur: "Ölkə sürətlə “yaşıl enerji”nin yeni dövrünə keçir. “Yaşıl enerji” dəhlizləri, zonaları və “təmiz enerji”nin saxlanması texnologiyalarının yaradılması, vahid fəaliyyət planının hazırlanması və iqlim maliyyəsinin gücləndirilməsi üzrə Azərbaycan tərəfinin təşəbbüslərini dəstəkləməyə hazırıq".

O, həmçinin vurğulayıb ki, bərpa olunan elektrik enerjisi mənbələrinin birgə işə salınması hesabına layihələrdə ekoloji “təmiz enerji”nin istehsalını nəzərə almaqla Qırğızıstanda və bütövlükdə regionda su ehtiyatlarından daha səmərəli istifadə və idarəetməyə nail olmaq mümkündür: "Bu tədbirlər təkcə ölkəmizin deyil, digər ölkə və regionların da enerji, ekoloji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək".

Bununla yanaşı, Qırğızıstan rəsmisi iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Noyabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri