Icma.az
close
up
RU
“İdarəetmədə ifrat mərkəzləşməyə son qoyulmalıdır” Qüdrət Həsənquliyev

“İdarəetmədə ifrat mərkəzləşməyə son qoyulmalıdır” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Qüdrət bəy, son vaxtlar ən çox narahatlıqla müzakirə olunan məsələ neft və qaz satışından daxil olan gəlirlərin azalması və idxalın, xüsusilə, ərazaq məhsullarının idxalının həcminin əhəmiyyətli səviyyədə artmasıdır. İqtisadiyyatımızda nə baş verir və bizi nə gözləyir?

- Əgər iqtidar iqtisadi islahatlara başlasa və mülkiyyət toxunulmazlığına, qanunun aliliyinə təminat verən məhkəmə hakimiyyəti formalaşdırılsa, panika üçün əsas yoxdur. Dünyanın aparıcı iqtisadiyyatına sahib ABŞ-nin prezidenti Donald Tramp özünun rüsum siyasəti ilə dünya iqtisadiyyatına bir xaos gətirib və o dayanmasa, bu, dolların ucuzlaşmasına, dünyada böyük iqtisadi tənəzzülə yol açacaqdır. Bəlkə Trampın istdiyi də budur ki,dolları öldürməkə artmaqda davam edən 36 trilyonluq dövlət borcundan xilas olsunlar. Narahatlıq həm də ondadır ki, bizim də dövlətin maliyyə ehtiyatlarının əsas hissəsi ABŞ dollarında saxlanılır. Ölkəmizdə islahatların aparılması üçün əlverişli şərait var. Əsas şərt odur ki, insanlar yalnız Prezidentin qansız-qadasız belə islahatlar aparmaq gücündə olduğuna inanır və islahatlara başlanılarsa, Prezidentə ciddi dəstək verəcəklər. Digər mühüm bir şərt isə ondan ibarətdir ki, işğala son qoyulub, ərazi bütövlüyümüz təmin edilib, ölkənin müəyyən maliyyə ehtiyatları var və cəmiyyətdə sabitlik mövcuddur.

- İqtisadi islahatlara haradan və nədən başlamaq lazımdır?

- İlk növbədə kadr islahatlarından başlamaq lazımdır. Prezidentə innovativ iqtisadi inkişaf modelinin nə olduğunu dərindən bilən, bu istiqamətdə təkliflər hazırlamaq və onu Prezidentə təqdim etmək, onu inandırmaq cəsarətində olan müşavirlər, köməkçilər lazımdır. Bu şəxslərin baza təhsili iqtisadiyyat olmalıdır. Sonradan iqtisadiyyat üzrə birillik ikinci təhsil almaqla iqtisadçı olmaq və iqtisadçı kimi sistemli düşünmək mümkün olmur. Özüm hüquqşünasam və görürəm ki, ikinci ixtisas kimi hüquq təhsili alanlar heç vaxt hüquqşünas məntiqinə və düşüncəsinə sahib ola bilmir. Çünki onun ilk baza təhsili buna mane olur. Daim tapşırıqlar yerinə yetirən icraçılar da bir qayda olaraq təşəbbüskar olmurlar. Ona görə siyasi vəzifələrə siyasətçilər təyin olunmalıdır. Xaricdən də öz ölkələrində uğurla iqtisadi islahatların həyata keçirilməsində iştirak etmiş mütəxəssislər cəlb oluna bilər. Vaxtilə Ukrayna islahatlara kömək etmək məqsədilə Gürcüstandan xeyli mütəxəssis cəlb etmişdi.
Bundan başqa, özəlləşdirməyə gedilməli, idarəetmədə ifrat mərkəzləşməyə son qoyulmalı, iqtisadi azadlıqlar genişləndirilməlidir. Hökumət bizneslə məşğul olmamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. Bunları etmədən yalnız enerji satıb, yük daşımaqla heç vaxt idxaldan asılılığı azaltmaq, güclü iqtisadiyyat qurmaq olmaz. Sahibkarları məmurlardan qoruyan, qanunun aliliyini təmin edən güclü və ədalətli məhkəmə olmalıdır. Hökumət dövlət müəssiələri yaratmaqla vətəndaşları işlə təmin etmək kimi stereotipləri dağıtmalı, özəl sektoru dəstəkləməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 May 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri