Icma.az
close
up
RU
İDDİA: Avtomobil almaq istədi, 36 min dolları mənimsənildi İşdə tanınmış ekspertin də adı hallanır

İDDİA: Avtomobil almaq istədi, 36 min dolları mənimsənildi İşdə tanınmış ekspertin də adı hallanır

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhər sakini Emin Məmmədzadə avtomobil almaq istəyib, lakin bu istək baş tutmayıb, əvəzində isə 36 min dolları mənimsənilib.

Pravda.az-a danışan E.Məmmədzadə bu işdə təhlükəsizlik üzrə ekspert İlham İsmayıl və onun oğlu Cavidan İsmayılzadənin adını hallandırır.

“Əvvəlcə tanışım Samir İbadov vasitəsilə Orxan Şirəliyevlə adlı şəxslə tanış oldum. 2024-cü il 7 mart tarixində razılığa gəldik ki, mənə Almaniyadan 45 min dollar dəyərində “Land Rover Range Rover” markalı minik avtomobili gətirilsin. Bunun üçün məndən ilkin olaraq, 3700 manat, bir dəfə 20 min dollar, sonra 23 min dollar pul alıblar. Yalan danışdıqlarını anladım və israrlı tələblərimdən sonra Orxan Şirəliyevin atası Nazim Şirəliyev 30 min dolları qaytardı. Sonra Orxan Şirəliyev yeni maşın gətirildiyini dedi, gömrük rüsumu və digər ödənişlər adı ilə məndən 1000 dollar aldı. Maşınların Almaniyadan Cavidan İsmayılzadə tərəfindən göndərildiyini bildirdilər və pulun onda olduğunu dedilər. Cavidan İsmayılzadə isə pulu qaytara bilmədiyini, əvəzinə avtomobil göndərməyi təklif etdil. Bunun üçün məndən əlavə 20 min dollar istədi. Mən də 20 noyabr 2024-cü ildə Cavidanın atası İlham İsmayılla Nəsimi rayonunda yerləşən “Rahat” marketin qarşısında görüşdüm. İlham İsmayıl keçmiş MTN polkovniki və hazırda tanınmış ekspert olduğuna görə inanmışdım. Mənim yanımda Samir İbadov da var idi. İlham İsmayıl dedi ki, əvvəlki 16 min dollara da cavabdehdir, 20 min dolları da ver, maşın on beş günə gələcək. O, oğlu Cavidanla danışıb, pulu aldığını dedi. Lakin bu günə qədər nə 36 min dollarımı qaytarıblar, nə də maşını gətiriblər. Son aylar isə bütün danışıqlarda məsələni uzatmağa çalışaraq məni çətin duruma salıblar. İlham İsmayılın oğlu vaxtilə “İnterpol”da axtarışda olub. On beş aydır, məni aldadırlar. İş hazırda Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsində araşdırılır. Orxan Şirəliyevi bir gün saxladılar, sonra buraxdılar. Dedi ki, gedib pulu gətirim. İlham İsmayıldan da izahat aldılar. Guya yenə oğluna zəng etdi, oğlu dedi ki, üç-dörd günə həll edir. İlham İsmayıl demişdi ki, dost-tanışdan, qohumlardan pul alacaq. Üç həftə keçib. Heç kəsin həbs edilməsini istəmirəm, pulumu qaytarsınlar, ya da maşınımı versinlər”.

DİN-in Mətbut Xidmətinin əməkdaşı Elbrus İbrahimov Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş Emin Məmmədzadənin müraciəti əsasında müvafiq polis orqanında təhqiqat araşdırması aparılır.

Bir neçə gündür, Pravda.az-ın əməkdaşı İlham İsmayılla, eləcə də Orxan Şirəliyevlə əlaqə yaratmağa çalışsa da, onlara zəng çatmayıb.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 İyul 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

06 İyul 2025 08:45see199

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see123

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see120

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see119

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see118

Avropa çempionatı: Bir idmançımız qızıl, digəri isə...

06 İyul 2025 00:21see118

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see116

ECO Zirvə görüşü Qarabağda sülhün təmini və bölgəyə yeni həyatın qayıdışının təsdiqidir RƏY

05 İyul 2025 22:34see116

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see115

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see114

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see113

Ukrayna kəşfiyyatı: Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu...

05 İyul 2025 20:01see113

Laçın Rayon Polis Söbəsindən əməliyyat: 300 ə yaxın çətənə bitkisi və silah sursat aşkarlandı

05 İyul 2025 19:50see112

Beynəlxalq agentlik Azərbaycanda davamlı inkişaf proqnozlaşdırır

05 İyul 2025 23:55see112

Azərbaycan Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı Əmirbəyov detalları açıqladı

06 İyul 2025 09:42see112

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see111

Xameneidən 25 gündür xəbər YOXDUR

05 İyul 2025 20:27see111

Bu ərazilərə qar yağdı KONKRET

05 İyul 2025 21:19see111

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see111

Qərbi Azərbaycan Xronikası İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi

06 İyul 2025 01:03see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri