Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

Ukraynalı deputat Trampın sülh planını açıqladı

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

“RUSİYA BÖHRANI LOKALLAŞDIRMAQ İSTƏYİR” “Kirienkonun rəhbərliyi ilə yaradılan şəbəkə ifşa olunub”

“RUSİYA BÖHRANI LOKALLAŞDIRMAQ İSTƏYİR” “Kirienkonun rəhbərliyi ilə yaradılan şəbəkə ifşa olunub”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanla Rusiya arasında yenidən alovlanan böhran çoxsaylı informasiya axını fonunda öz mahiyyətini və kontekstlərini itirməyə başlayıb”.

“AzPolitika” bildirir ki, bunu politoloq Fərhad Məmmədov iki ölkə arasında yaşanan gərginliyin səbəblərini şərh edərkən deyib.

Onun fikrincə, bu böhranı anlamaq üçün ayrı-ayrı istiqamətlər üzrə kontekstləri sistemləşdirmək lazımdır. Ekspertin sözlərinə görə, Azərbaycan - Rusiya münasibətlərindəki gərginlik tamamilə daxili və ikitərəfli xarakter daşıyır: “Bu böhranın nə xarici təşəbbüskarı, nə də sponsoru var. Xarici oyunçuların vəziyyətdən necə istifadə etməsi isə ancaq törəmə nəticədir”.

Fərhad Məmmədov qeyd edib ki, böhranın əsas başlanğıc səbəbi ötən ilin dekabrında Rusiya Silahlı Qüvvələrinin Azərbaycan mülki təyyarəsini vurması ilə bağlı Moskvanın qeyri-müəyyən mövqe sərgiləməsidir. Bu hadisədən sonra iki ölkə arasında yüksək səviyyəli dialoq dayanıb, münasibətlərdə isə ziddiyyətli addımlar müşahidə olunmağa başlayıb. O bildirib ki, Rusiya Azərbaycanla bağlı paralel şəkildə iki taktika həyata keçirir - bir tərəfdən təzyiq göstərir, digər tərəfdən isə danışıqlar aparmağa çalışır, lakin Kreml bu yanaşmalar arasında aydın mövqe ortaya qoya bilməyib. “Nəticədə, qarşılıqlı etimad itdi və Yekaterinburqda baş verən hadisələr böhranın daha da dərinləşməsi üçün yeni təkan oldu”, - deyə politoloq vurğulayıb.

Fərhad Məmmədovun fikrincə, hazırda Rusiya böhranı yalnız Yekaterinburq insidenti ilə məhdudlaşdırmaq istəyir, Azərbaycan isə məsələni daha geniş - təyyarənin vurulması kontekstində qiymətləndirir. “İndiyə qədər atılan addımlar böhranı lokallaşdırmağa imkan vermir, çünki bu halda yeni bir təkan nöqtəsi qaçılmaz olacaq”, - deyə o əlavə edib.

Politoloq bildirib ki, Rusiya eyni anda həm Azərbaycan, həm də Ermənistanla münasibətlərdə gərginlik yaşayır. Bu, strateji infrastrukturun itirilməsi ilə müşayiət olunur: “Azərbaycanda artıq “Rossotrudniçestvo” və “Sputnik”-in fəaliyyəti dayanıb. Ermənistanda isə Elektrik Şəbəkələri milliləşdirilib”.

F.Məmmədov qeyd edib ki, həm Azərbaycan, həm də Ermənistan Rusiya ilə ikitərəfli münasibətlərdə nisbi muxtariyyətlərini qorumağa çalışırlar. Hazırda Kreml yalnız Ermənistan ərazisində kommunikasiya xətlərinin açılması prosesində iştirak etməyə çalışır, lakin bu istiqamətdə də danışıqlar irəliləmir.

O, əlavə edib ki, Ermənistanda Paşinyana qarşı alternativ layihə yaratmaq cəhdləri uğursuzluğa düçar olub: “Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Sergey Kirienkonun rəhbərliyi ilə yaradılan şəbəkə ifşa olunub, iştirakçılar həbs edilib”.

Politoloq vurğulayıb ki, Rusiya Ermənistan daxilində inqilabi dəyişikliyə nail olsa belə, Bakı passiv qalmayacaq və mümkün revanş təhlükəsinin qarşısını almaq üçün qabaqlayıcı addımlar atacağını bildirib: “Bu baxımdan Moskva ilə Bakı arasında ciddi ziddiyyətlər mövcuddur”.

Fərhad Məmmədov bildirib ki, Rusiya daxilində Azərbaycana qarşı ritorika və hərəkətlər əsasən Kirienkonun kurasiyasında formalaşır. “Rusiya Dövlət Dumasının deputatı Sergey Mironovun Baş Prokurorluğa müraciəti və “Food City” bazarı ilə bağlı antiazərbaycan kampaniyası bu dairələrdən qaynaqlanır”, - deyə o qeyd edib.

Onun fikrincə, Kirienkonun həm Ermənistanda, həm də Azərbaycana qarşı planlarının reallaşmaması bölgədə yeni münaqişə təhlükəsinin qarşısını ala bilər: “Hələlik onun, yəni “Kinder Sürpriz”in planları baş tutmur…”

Ekspertə görə, Rusiya daxilindəki böhran əsasən antimiqrant siyasətinin sərtləşməsi ilə bağlıdır: “Cəmiyyətə aşılanır ki, miqrantlar işləyir, pul qazanır, amma Rusiya uğrunda vuruşmurlar. Bu sadə tezisi isə elə sadə adamlar deyil, Kirienko, Bastrıkin və FTX kimi qurumlar yönləndirir”.

Fərhad Məmmədovun sözlərinə görə, bu yanaşma Rusiyanın qonşu ölkələrlə bütün perimetr üzrə problemlər yaşamasına gətirib çıxarır, nəticədə bu məsələlər artıq Rusiya XİN və prezidentinin müdaxiləsi ilə həll olunmalı vəziyyətə gəlir.

Politoloq əlavə edib ki, bu kampaniya Moskvadakı və regionlardakı elita qrupları üçün də mülkiyyət bölgüsündə yeni imkanlar yaradıb.

Fərhad Məmmədov qeyd edib ki, Azərbaycan üçün Rusiya ilə münasibətlər vacibdir, lakin Bakı açıq şəkildə nümayiş etdirir ki, ölkənin daxili dinamikaları və təhlükəsizliyi hər şeydən önəmlidir. Onun sözlərinə görə, ölkə daxilində Rusiyanın təsir alətləri artıq minimuma enib, yəni Bakı açıq şəkildə Rusiya təsirindən çıxma siyasətini davam etdirir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 İyul 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see245

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see232

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see229

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see201

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see199

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see170

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see152

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see141

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see140

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see136

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

21 Noyabr 2025 03:12see131

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see128

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see128

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see128

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

21 Noyabr 2025 00:55see128

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see126

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see126

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see124

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri