Icma.az
close
up
RU
İddialıların hamısı xal itirdi, Füzuli Məmmədov debütdə uduzdu

İddialıların hamısı xal itirdi, Füzuli Məmmədov debütdə uduzdu

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında qış fasiləsi başa çatdı.

İlk turda həm də komandaların hazırlıq dönəmini necə keçirdiyi bilinəcəkdi. Bəribaşdan deyək ki, debütdə sensasiyalı nəticələr qeydə alındı. Favoritlərdən sayılan “Qəbələ”, “Karvan” və “İmişli” eyni gündə xal itirdi. Azarkeş dəstəyi ənənəvi qaydada idi.  Karvan” – “Difai” matçını 2 min azarkeş izlədi.
Cümə axşamı MOİK – “İmişli”ni qəbul etdi. Qəzənfər Abbasovun komandası son dəqiqələrdə 11 metrlik cərimə zərbəsindən yararlanmaqla 3 xal qazanmağı bacardı. “Hərbçilər” bu qələbə hesabına turnir mövqeyini yaxşılaşdırmağı bacardı. Elitaya iddialı “Karvan” da xal itirdi. Özü də yevlaxlılar “Difai”nin qapısına bərabərlik qolunu sonuncu dəqiqədə vurdu.
İmkanları hamıdan yüksək dəyərləndirilən “Qəbələ” “doğma divarlar” arasında “Baku Sportinq”in qapısına yol tapa bilmədi.
Dünən keçirilən oyunlarda da maraqlı nəticələr qeydə alındı. “Qaradağ Lökbatan” bir neçə gün əvvəl baş məşqçisini dəyişən “Cəbrayıl”ın qapısından 2 cavabsız qol keçirdi. Yeri gəlmişkən, PFL-in media və marketinq direktoru Sənan Abdullayev oyundan əvvəl dekabrın ən yaxşı qolu üçün mükafatı “Cəbrayıl”ın hücumçusu Bilal İsmayılova təqdim etdi.
Qış fasiləsindən ən çox narazlı olan baş məşqçilərdən biri də Rüstəm Məmmədovdu. Maliyyə problemi ilə üzləşən komanda yoxlama oyunu da keçirə bilməmişdi. Amma “Zaqatala” “Mingəçevir”i məğlub etdi, yəni Füzuli Məmmədovun debütünü korladı.
1. Qəbələ 12 9 3 0 21-0 30
2. Karvan 12 8 2 2 30-15 26
3. İmişli 12 6 3 3 22-11 21
4. Zaqatala 12 5 4 3 19-17 19
5. MOİK 12 5 2 5 17-20 17
6. Cəbrayıl 12 4 2 6 11-12 14
7. Baku Sportinq 12 4 2 6 10-17 14
8. Qaradağ Lökbatan 12 3 2 7 13-24 11
9. Difai 12 2 3 7 16-27 9
10. Mingəçevir 12 1 3 8 1-26 6
Bombardirlər: Bəhruz Teymurov, Emil Qasımov (hər ikisi “Karvan”) – 9, Seyxan Fərəcov (İmişli) – 7. 
ƏSƏD SEYİDOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Fevral 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri