Icma.az
close
up
RU
IDEA nın Sumqayıtda xilas etdiyi 2 dəvəquşu və 13 tutuquşu tezliklə təbiətə buraxılacaq

IDEA nın Sumqayıtda xilas etdiyi 2 dəvəquşu və 13 tutuquşu tezliklə təbiətə buraxılacaq

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə sentyabrın 2-də Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhərində yerləşən Nəsimi adına mədəniyyət və istirahət parkında fəaliyyət göstərən "Turan" restoranında təcili araşdırma tədbirləri həyata keçirilib.

525.az xəbər verir ki, monitorinq nəticəsində sözügedən iaşə obyektinin ərazisində qanunsuz olaraq iki dəvəquşu və 13 yaxalıqlı tutuquşunun saxlanıldığı aşkarlanıb. Həmin heyvanlar Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülüb. Klinik şəraitdə müayinə və reabilitasiya işləri aparılır.

Qeyd edək ki, əvvəllər Bakı şəhərinin parklarında və yaşıllıqlar mövcud olan digər ərazilərdə çoxsaylı tutuquşu məskunlaşmışdır. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalmışdır.

Bir neçə il əvvəl şəhər mühitinə aid olan heyvan növlərinin mühafizəsi istiqamətində aparılan layihələrin tərkib hissəsi olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə "Urban Ecology" (Şəhər ekologiyası) layihəsi çərçivəsində Bakı şəhərində təbiətə yaxalıqlı tutuquşular buraxılıb. Sumqayıt şəhərində xilas edilən 13 tutuquşunun da eyni qayda ilə tezliklə təbiətə reintroduksiyası nəzərdə tutulur.

Sevindirici haldır ki, son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, həmçinin IDEA İctimai Birliyinin töhfələri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi halları azalıb və saysız-hesabsız yeni ağaclar əkilib ki, bu da şəhərimizdə bir çox fauna növlərinin reintroduksiyası üçün münbit şərait yaradır. IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağa bir daha çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda, IDEA İctimai Birliyinin 1113 "Təbiətə Təcili Yardım" qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Sentyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri