Icma.az
close
up
RU
İdeoloji immunitetin gücləndirilməsi: milli dəyərlərin qorunması

İdeoloji immunitetin gücləndirilməsi: milli dəyərlərin qorunması

Dogru.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bununla bağlı Şirvanda və Hacıqabulda seminarlar keçirilib

BAYRAQDAR MEDİA – “Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin (DANİB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “İdeoloji immunitetin gücləndirilməsi və hibrid təhdidlərə qarşı birgə mübarizə” adlı layihə çərçivəsində iki televiziya verilişi hazırlanıb və efirdə yayımlanıb.

Bu barədə İctimai Birikdən məlumat verilib.

Layihə çərçivəsində, həmçinin Şirvan və Hacıqabul şəhərlərində əsasən gənclərin iştirak etdiyi seminarlar keçirilib. Tədbir iştirakçılarına mövzu ilə bağlı kitabça paylanılıb.

Toplantılarda çıxış edən DANİB sədri Elməddin Behbud bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgər və zabitlərinin müstəsna qəhrəmanlığı nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatlarında əldə olunan tarixi Qələbə regionun siyasi konfiqurasiyasında həlledici dəyişikliyə səbəb olub. Azərbaycan bu gün regionun əsas iqtisadi, siyasi və hərbi gücüdür. Bütün bunlar anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Həm Şimaldan, həm Cənubdan, həm də Qərbdən dövlət siyasətimizi öz maraqlarına uyğun şəkildə dizayn etməyə cəhd edən, ölkəmizdə təxribatlar törətməyə çalışan mərkəzlər hibrid müharibəni hazırda da müxtəlif formalarda davam etdirirlər.

Elməddin Behbud deyib ki, ideoloji immunitet hər bir millətin və ya cəmiyyətin milli dəyərlərini qorumaq və ideoloji təhdidlərə qarşı müqavimət göstərmək qabiliyyətini ifadə edir. Bu sahədə hər zaman güclü olmaq, xüsusilə qloballaşma və müasir texnoloji inkişaflar fonunda milli kimlikləri və dövlətlərin suverenliklərini qorumaq həyati əhəmiyyət kəsb edir. Birliyin sədri Milli Məclisin “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti Komissiyanın” fəaliyyəti barədə də məlumat verib.

Seminarda çıxış edən jurnalist, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, ekspert Fuad Hüseynzadə dövlətimizin qarşısında dayanan milli hədəflər, milli kimliyimizin qorunması, milli-mənəvi dəyərlərin təbliğinin gücləndirilməsi və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi ilə bağlı fikirlərini bölüşüb.

Şirvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Rafael Nəsirov seminarda çıxış edərək mövzunun əhəmiyyəti, ideoloji mübarizənin gücləndirilməsinin vacibliyi və gənclərin bu sahədə fəallığının artması üçün görülən işlərdən danışıb.

Tədbir iştirakçıların dialoqu və müzakirələrlə davam edib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://dogru.az
archiveBu xəbər 08 Sentyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri