Icma.az
close
up
RU
İdeoloji immunitetin gücləndirilməsinə həsr edilmiş seminarlar keçirilib

İdeoloji immunitetin gücləndirilməsinə həsr edilmiş seminarlar keçirilib

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Layihə çərçivəsində, həmçinin Şirvan və Hacıqabul şəhərlərində əsasən gənclərin iştirak etdiyi seminarlar keçirilib. Tədbir iştirakçılarına mövzu ilə bağlı kitabça paylanılıb.
Toplantılarda çıxış edən DANİB sədri Elməddin Behbud bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgər və zabitlərinin müstəsna qəhrəmanlığı nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatlarında əldə olunan tarixi Qələbə regionun siyasi konfiqurasiyasında həlledici dəyişikliyə səbəb olub. Azərbaycan bu gün regionun əsas iqtisadi, siyasi və hərbi gücüdür. Bütün bunlar anti-Azərbaycan dairələri ciddi şəkildə narahat edir. Həm Şimaldan, həm Cənubdan, həm də Qərbdən dövlət siyasətimizi öz maraqlarına uyğun şəkildə dizayn etməyə cəhd edən, ölkəmizdə təxribatlar törətməyə çalışan mərkəzlər hibrid müharibəni hazırda da müxtəlif formalarda davam etdirirlər.

Elməddin Behbud deyib ki, ideoloji immunitet hər bir millətin və ya cəmiyyətin milli dəyərlərini qorumaq və ideoloji təhdidlərə qarşı müqavimət göstərmək qabiliyyətini ifadə edir. Bu sahədə hər zaman güclü olmaq, xüsusilə qloballaşma və müasir texnoloji inkişaflar fonunda milli kimlikləri və dövlətlərin suverenliklərini qorumaq həyati əhəmiyyət kəsb edir. Birliyin sədri Milli Məclisin “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti Komissiyanın” fəaliyyəti barədə də məlumat verib.
Seminarda çıxış edən jurnalist, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, ekspert Fuad Hüseynzadə dövlətimizin qarşısında dayanan milli hədəflər, milli kimliyimizin qorunması, milli-mənəvi dəyərlərin təbliğinin gücləndirilməsi və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi ilə bağlı fikirlərini bölüşüb.

Şirvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Rafael Nəsirov seminarda çıxış edərək mövzunun əhəmiyyəti, ideoloji mübarizənin gücləndirilməsinin vacibliyi və gənclərin bu sahədə fəallığının artması üçün görülən işlərdən danışıb.
Tədbir iştirakçıların dialoqu və müzakirələrlə davam edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri