Icma.az
close
up
RU
IDF rəsmisi Qəzzadakı tunel əməliyyatlarından danışdı

IDF rəsmisi Qəzzadakı tunel əməliyyatlarından danışdı

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsraildə mediaturda iştirak edən azərbaycanlı jurnalistlər Qəzza zolağının şimalına mənzərənin açıldığı Givat Kobi müşahidə məntəqəsində olublar.

Modern.az-ın İsrailə ezam olunmuş əməkdaşı xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) Mətbuat Xidmətinin mayoru David Barux Qəzza zolağında aparılan əməliyyatlar, HƏMAS-ın hazırkı vəziyyəti və bölgəyə humanitar yardımların çatdırılması ilə bağlı jurnalistlərin sualına cavab verib.

Ordu rəsmisi Qəzzada nəzarətdə olan ərazilərdə mülki şəxslərin olmadığını, əsas məqsədlərdən HƏMAS-ın terror infrastrukturunun və tunel şəbəkəsinin məhv edilməsi olduğunu bildirib:

“İsrail hərbçiləri yüzlərlə kilometr uzunluğunda tunel aşkarlayıb. Bəzi tunellər bir neçə mərtəbə dərinliyə gedir və onlar bir-biri ilə sıx şəkildə əlaqələndirilir. Biz onların üzərində işləyirik. Hətta elə indi bəzi partlayış səslərini də eşitdiniz.  Mühəndis qruplarımız aşağı enir, qazıntı aparır, müxtəlif vasitələrlə tunelləri tapır. Daha sonra onların içərisinə partlayıcı maddələr yerləşdirərək bir daha istifadə olunmaması üçün partladırıq”.


David Barux Qəzza sektorunda hələ də İsrail qüvvələrinin daxil olmadığı böyük ərazilərin olduğunu vurğulayıb:

“HƏMAS üç il əvvəl bizə qəfil hücum etdiyi dövrdəki gücündə deyil. Buna baxmayaraq, onlar yenidən təşkilatlanmağa və yeni üzvlər toplamağa çalışırlar. Müəyyən dərəcədə buna nail olsalar da, əvvəlki güclərində deyillər. Bununla belə, hələ də mütəşəkkil şəkildə bizə qarşı real təhlükə yaratmaq qabiliyyətinə malikdirlər. Problem də elə bundadır. İsrail həm siyasi, həm də hərbi rəhbərliyin müəyyən etdiyi 20 bəndlik plana uyğun hərəkət edir. İndi ikinci mərhələni gözləyirik: Qəzzanın silahsızlaşdırılması və HƏMAS-ın hərbi imkanlarının sıfırlanması. Bu baş verəndə yenidənqurma prosesi başlayacaq”.

Mayor Qəzzaya humanitar yardımların çatdırılması ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, 20 bəndlik plan çərçivəsində İsrail Qəzzaya ərzaq, geyim və dərman preparatlarının daxil olmasına şərait yaratmağı öhdəsinə götürüb.

“Orta hesabla gündə 600 yük maşınının keçidinə öhdəlik götürmüşük. Bu o deməkdir ki, təkcə son bir ildə 2 milyon ton humanitar yardım daxil olub”, - deyə o bildirib.

O humanitar yardımların Qəzzaya gətirilməsindən sonra qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü deyib:

“Bütün bu mallar daxil olduqca Qəzzada qiymətlər aşağı düşür. Hazırda Qəzzada bir il əvvəllə müqayisədə xəstəxana çarpayılarının sayı da 50 faiz çoxdur. Bütün bunların daxil olmasına icazə veririk. Tibbi səbəblərlə İsrail üzərindən digər ölkələrə getmək istəyənlərin çıxışına heç bir maneə yaratmırıq. Çünki biz heç kimi Qəzzada saxlamırıq”.

Mayor hazırda Qəzzada HƏMAS-ın nə qədər döyüşçsünün olduğunu isə açıqlamayıb:

“Dəqiq rəqəmlər deməyəcəyəm. Çoxlu fərqli rəqəmlər səsləndirilir və mənim yenisini əlavə etməyim doğru olmazdı. Onlar davamlı olaraq sıralarını bərpa etməyə çalışırlar.  HƏMAS-a qarşı hərbi baxımdan ciddi nəticələr əldə etmişik, lakin əməliyyatlar tam başa çatmayıb. Çünki hələ də oradadırlar və müəyyən imkanları var. Lakin hərbi nöqteyi-nəzərdən bu bizim üçün böyük bir uğurdur”, - İsrail rəsmisi deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Sentyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri