Icma.az
close
up
RU
İdman bürcü Astroloji PROQNOZ: 10 16 mart

İdman bürcü Astroloji PROQNOZ: 10 16 mart

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə Qoçlar üçün yaradıcı layihələrə başlamaq və biznes sferasında mühüm əlaqələr qurmaq imkanı olacaq. Həftənin ilk günləri uğurlar əldə edəcəksiniz. Həmkarlarınızla münasibətinizi yeni səviyyəyə qaldıra bilərsiniz. Yaxınlarınızla təmasda qarşılıqlı hörmət və anlaşma gözlənilir. Həftəsonu istirahəti ailənizlə keçirmək məsləhətdir. Stolüstü tennis, basketbol, həndbol və voleybol növlərində uğurlar gözlənilir.

Buğa
Buğalar həftəyə güclü enerji ilə başlayacaq. Həftə ortasında peşəkar sahədə gözlənilməz imkanlar yarana bilər ki, bu da vaxtında qərar qəbul etməyi tələb edir. Şəxsi həyatınızda uğurlar gözlənilir. BU, əsasən maliyyə sahəsində özünü büruzə verəcək. Həftəsonu tənhalığa çəkilsəniz daha münasibdir. Qaçış, velosiped, qılıncoynatma, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər gözlənilir.

Əkizlər
Əkizlər həftə ərzində daha çox ev işləri ilə məşğul olacaq. İlk günlədrə xoş sürprizlərlə qarşılaşacağınız ehtimal edilir. Həftə karyera yüksəlişi və şəxsi işlərinizdə uğurlar vəd edir. Gözlənilməz görüşlərə hazır olun. Gündəlik həyatınız romantik və əyləncə notları ilə keçəcək. Maliyyə baxımından da sevincli günlər yaşayacaqsınız. Voleybol, karate, şahmat və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.

Xərçəng
Xərçənglər üçün yeni həftə insanlara daha çox güvənc gətirəcək. Əgər təşəbbüs göstərsəniz, peşəkar fəaliyyətinizdə davamlı irəliləyiş gözlənilir. Sağlamlığınız və emosional durumunuz istənilən işlərin müsbət həllini əldə etməyə kömək edəcək. Dostlarınız tərəfindən gözlənilməz ziyafətə dəvət olunacaqsınız. Boks, şahmat, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Şir
Həftənin ilk günləri Şirləri parlaq nailiyyətlərə və yaradıcı təcrübələrə ruhlandıracaq. İşdə rəgbərliklə münasibətləriniz inanılmaz dərəcədə yüksələcək. Liderlik keyfiyyətlərinizi dəstəkləyən həmkarlarınızdan xoş sürprizlər gözlənilir. Şəxsi həyatınız heyrətamiz görüşlərlə zəngin olacağını vəd edir və nikbinlik bütün işlərdə uğurun açarı olacaq. Atletika, avarçəkmə, cüdo, güləş və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Qız
Bu həftə Qızlar üçün çox əlverişli olacaq. Bu, gündəlik işlərinizi nizama salmağa imkan verəcək. Analitik ağlınız həm peşəkar, həm də şəxsi həyatınızda mürəkkəb vəziyyətləri tez bir zamanda üzə çıxarmağa kömək edəcək. Normal məşq rejiminiz sayəsində fiziki rifahınız yaxşılaşacaq. Cüdo, güləş, futbol və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Tərəzi
Həftənin ilk günləri Tərəzilər karyera və şəxsi maraqlar arasında tarazlıq tapmağa hazırlaşacaq. Tanımadığınız insanlarla ünsiyyətdə yeni imkanlar açılacaq. Cazibədarlığınız və diplomatiyanız müsbət əməkdaşlığa qapılar açacaq. Sevdiyiniz insanla münasibətlər romantik anlarla zəngin olacaq. Güləş, basketbol, futzal və üzgüçülük idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Əqrəb
Yeni həftə Əqrəblərə həyata baxışlarını dəyişdirə biləcək intensiv dəyişikliklər vəd edir. Peşəkar sahədə uğur qazanmaq üçün qətiyyət göstərmək və risk etməkdən çəkinməmək vacibdir. Bu dövrdə yeni tanışlıqlar, gözlənilməz səfərlər və hətta karyera dəyişiklikləri mümkündür. Səbirli və təmkinli olmağınız məsləhət görülür. Gimnast, sambo, karate, güləş və şahmatçılar üçün düşərli həftədir.

Oxatan
Həftə ərzində Oxatanlar yeni biliklər üçün axtarış dövrünü yaşayacaq. Bu, karyera yüksəlişinizə müsbət təsir göstərəcək. Optimistliyiniz və enerjiniz dəyərli və maraqlı insanları cəlb edəcək. Romantik həyatda hər şey o qədər də asan olmayacaq. Qısqanclıq və şübhələrdən çəkinin. Bu, işin xeyirinə olar. Futzal, həndbol, güləş, voleybol və basketbol idman növlərində uğurlar vəd edilir.

Oğlaq
Bu həftə Oğlaqlar hədəfə çatmaq üçün uzunmüddətli planları həyata keçirməyə başlayacaq. Peşəkar həyatınızda diqqətinizi və fədakarlığınızı tələb edən yeni vəzifələr yarana bilər. Yaxınlarınızla münasibətlərdə qayğı və qarşılıqlı dəstək görəcəksiniz. Basketbol, sambo, tennis, həndbol və voleybolçular üçün yaxşı başlanğıcdır.

Dolça
Dolçalar yeni həftəsə yaradıcı komanda işində müsbət nəticələr eldə edəcəklər. Sizə məmnunluq və məşhurluq gətirəcək şəxsi layihələrin həyata keçirilməsində orijinallıq nümayiş etdirmək imkanınız olacaq. Subayların nəhayət digər yarıları ilə qovuşmaq şansı yaranacaq. Xoşbəxtliyinizi əldən verməməyə çalışın. Atsürmə, üzgüçülük, qaçış və güllə atıcılığı növlərində uğurlar bol olacaq.

Balıq
Bu həftə Balıqlar xəyalpərəstlik və intuisiyalara qərq olacaqlar. Lakin bu, sizə uğur üçün gözlənilməz yollar tapmağa imkan verəcək. Daxili hissiniz peşəkar həyatda yeni perspektivlər təklif edə bilər. Bu həftə diqqətinizi maliyyə məsələlərinə və maddi rifaha yönəltməlisiniz. Gəlir və ya resursların idarə edilməsi sahəsində əlverişli dəyişikliklər mümkündür. Gimnastika, cüdo, güləş və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Mart 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri