Icma.az
close
up
RU
İdman bürcü Astroloji PROQNOZ: 3 10 avqust

İdman bürcü Astroloji PROQNOZ: 3 10 avqust

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
İşə diqqət etməlisiniz. Geri qayıtmağı və səhvləri düzəltməyi öyrənin. Başqalarının xırda nöqsanlarına qarşı daha səbrli olmaq məsləhətdir. Yeni faydalı məlumatlar gözləyin. Dostlar həftə sonu bəzi problemlərin öhdəsindən gəlməyə kömək edəcəklər. Boks, şahmat, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Buğa
Davranışınızda hərəkətlər ardıcıllığının olmamasına imkan verməməyə çalışın, o zaman ətrafınızdakı atmosfer harmoniya qazanacaq və dinclik gətirəcək. Planları və ideyaları həyata keçirməyə başlamağın vaxtıdır. Dostların dəstəyinə ehtiyacınız ola bilər. Həftə sonu istənilən növ yaradıcılığa həsr etmək üçün əlverişli vaxtdır. Gimnastika, cüdo, güləş və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Əkizlər
Bir çox ideyaları reallaşdırmaq imkanı əldə edəcəksiniz və işdə ixtiraçılıq nümayiş etdirərək istədiyiniz hər şeyə nail olacaqsınız. İşlər sizdən məsuliyyətli və toparlanmış olmağı tələb edəcək. Həftə sonu münaqişə vəziyyətlərindən qaçın, onlar uzana və xoşagəlməz nəticələrə səbəb ola bilər. Güləş, basketbol, futzal və üzgüçülük idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Xərçəng
Müsbət keyfiyyətlərinizi qiymətləndirin, həddən artıq utancaq olmayın və başqalarının onlara diqqət yetirməsinə icazə verin. İstər şəxsi, istərsə də peşəkar işlərdə dəyişikliklər istisna edilmir. Mübahisələrdə və münaqişələrdə iştirak etməməyə çalışın, problem öz-özünə həll olunacaq. Həftə sonu qonaqları qəbul etmək üçün əlverişlidir. Stolüstü tennis, basketbol, həndbol və voleybol növlərində uğurlar gözlənilir.

Şir
İstədiyiniz nəticəni əldə etmək üçün çox çalışmalı olacaqsınız. İntuisiyanzıın səsinə qulaq asın və yüksəliş şansınız olacaq. Ətrafınızda intriqalar fırlana bilər – diqqətli olun, münaqişələrdən qaçın. Həftə sonunu sevdikləriniz və dostlarınızla keçirmək daha yaxşıdır. Futzal, həndbol, güləş, voleybol və basketbol idman növlərində uğurlar vəd edilir.

Qız
Ən vacib işləri başa çatdırmaqla məşğul olun, gücünüzü xırda işlərə dağıtmayın. Rəhbərlərinizlə söhbət sizin üçün yeni imkanlar açmalıdır. Həddindən artıq gərginlikdən yaranan yorğunluq həftənin sonuna qədər nəzərə çarpacaq. Həftə sonu dostların yanına gedin, şən əhatədə dincəlmək şansınız olacaq. Voleybol, karate, şahmat və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.

Tərəzi
Hələlik işdə ciddi uğurlar olmayacaq. Gücünüzü daha obyektiv hesablayın və gücünüzdən kənar işlərə baş vurnmayın. Bəzi biznes tərəfdaşlarının etibarlılığını yoxlamaq da yaxşı fikirdir. Həftə sonu ailənizlə vaxt keçirməyə həsr edilməlidir. Gimnast, sambo, karate, güləş və şahmatçılar üçün düşərli həftədir.

Əqrəb
Axına qarşı üzməyə çalışmayın, o zaman fəaliyyətinizin nəticələrindən məyus olmaq məcburiyyətində qalmayacaqsınız. Yeni bir işə başlamağa tələsməyin, əvvəlcə heç bir səhv buraxmadığınıza və bütün keçmiş dərsləri nəzərə aldığınıza əmin olun. Həftə sonunda düşüncələrinizlə tək qalmaq üçün vaxt ayırın. Atletika, avarçəkmə, cüdo, güləş və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Oxatan
Çox işləri yaxşı bacaracaqsınız və hətta çox mürəkkəb görünən tapşırıqları da çox səy göstərmədən həll edəcəksiniz. Həftəni şəxsi həyatınızı nəzərə alaraq planlaşdırın, demək olar ki, bütün vaxtınızı işə ayırmamalısınız. Əzmkarlığınız və zəhmətiniz işdə müsbət qarşılanacaq və bu, karyerada irəliləməyə imkan verəcək. Həftə sonu yığılıb qalmış məişət problemlərinə diqqət yetirin. Cüdo, güləş, futbol və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Oğlaq
Peşəkar dillə desək, düşüncələriniz tamam başqa istiqamətə yönəlsə də, zirvədə olmağınız lazım gələcək. Hərəkətlərinizdə inam və ardıcıllıq başqalarının rəğbətini qazanmağa və rəhbərlərlə yaxşı münasibətləri möhkəmləndirməyə kömək edəcək. Həftə sonu əvvəldən başladığınız bütün işlər uğurla başa çata bilər. Atsürmə, üzgüçülük, qaçış və güllə atıcılığı növlərində uğurlar bol olacaq.

Dolça
Başqalarını özünüzə maqnit kimi cəlb edəcəksiniz. Həyat sizi dözümlülük və müstəqillik üçün sınaqdan keçirə bilər, planlarınızı və onların həyata keçirilməsi şərtlərini birdən dəyişdirə bilər. İntuisiyanıza qulaq asın və mükafatlandırılacaqsınız. Həftə sonu ailə problemlərini həll etməyə çalışın. Cəhdiniz uğurlu alınacaq, sadəcə buna inanın. Basketbol, sambo, tennis, həndbol və voleybolçular üçün yaxşı başlanğıcdır.

Balıq
Vaxt itirmədən ideyalarınızı həyata keçirməyə başlamağın vaxtıdır. Vacib tədbirlər planlaşdırmamağınız məsləhətdir. Yaxınlarınızla münasibətdə daha dözümlü olmağa, emosiyalarınızı cilovlamağa çalışın. Sərf olunan enerjini bərpa etmək üçün həftə sonu yaxşı istirahət edin. Qaçış, velosiped, qılıncoynatma, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər gözlənilir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Avqust 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri