Icma.az
close
up
RU
İdman növləri necə seçilməlidir?

İdman növləri necə seçilməlidir?

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İdman növləri insan orqanizminə və yaşa uyğun seçilməlidir. İdman hər bir insan üçün vacibdir, xüsusilə də, uşaqlar üçün. Çünki idman uşaqların normal böyüməsində, inkişaf etməsində, orqanizmdə xəstəliklərə qarşı müqavimətin artmasında mühüm rola malikdir. İdmanla məşğul olan uşaqlar ildə iki dəfə sümüklərin düzgün inkişafı və boy artımına görə müayinə olunmalıdırlar. “Əksəriyyətimiz müxtəlif səbəblər üzündən az hərəkətli həyat tərzi keçirir və buna bəraət qazandırmaq üçün, bir sıra bəhanələr axtarırıq. Biz tənbəlliyimizi işimizin ağırlığı, maddi problemlər, vaxt qıtlığı, streslər, hava şəraitinin pis olması kimi bəhanələrlə izah etməyə və məsuliyyətdən yayınmağa çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, inkişaf edir və güclənir. İyirmi yaşa çatdıqdan sonra insan funksional inkişafının ən yüksək səviyyəsinə çatır və bundan sonra əqli, eləcə də fiziki inkişafında tədricən geriləmə ilə üz-üzə qalır. Yetmiş yaşdan sonra bu zəifləmənin sürəti də artır. Bu, təbii və obyektiv qocalmadır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.
G.Quliyevin sözlərinə görə, uzun müddət aparılan tətqiqatlar sübut etmişdir ki, fiziki fəallığı yüksək olan şəxslərdə iyirmi yaşdan sonra baş verən qocalma prosesi daha yavaş gedir: “Bu tətqiqatlar bir faktı da sübut etmişdir ki, fiziki məşqlər edən 65 yaşlı insanın iş qabiliyyəti 35 yaşında olan və azhərəkətli həyat tərzi keçirən insanın iş qabiliyyətindən çox-çox yüksəkdir. Fiziki ehtiyatlarımızın tükənməsinə şərait yaradan ən önəmli amil müasir həyat tərzidir. Təsadüfi deyil ki, bəzi xəstələrə cərrahi əməliyyatdan əvvəl xüsusi idman hərəkətləri etmək məsləhət görülür. Hər bir insan bir səbəb tapıb idmanla məşğul olmağa başlamalıdır. Yadda saxlayaq ki, bu, heç vaxt heç kəs üçün gec deyil”, - deyə G.Quliyev fikrini tamamlayıb.

Afət Tahirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri