“İdman Paytaxtı”nda avarçəkmə yarışı
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
İyulun 24-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə 2026-cı ilin ölkəmizdə “İdman Paytaxtı” seçilən Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək.
Futbolpress.az xəbər verir ki, Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində idmançılar akademik avarçəkmə, kayak və kanoe qayıqlarında nümunəvi çıxışlar nümayiş etdirəcəklər. Bununla yanaşı, həvəskarlar üçün nəzərdə tutulmuş qayıqlarda peşəkar məşqçilərin nəzarəti altında şəhər sakinləri və qonaqlar avarçəkməni sınaqdan keçirmək imkanı əldə edəcəklər.
Tədbirin əsas məqsədi regionlarda su idman növlərinin təbliği, yeniyetmə və gənclərin avarçəkməyə marağının artırılması, eləcə də sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 20 İyul 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















