Icma.az
close
up
RU
Gəncə idman paytaxtı libası geyinir

Gəncə idman paytaxtı libası geyinir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəhərdə III MDB Oyunlarına genişmiqyaslı hazırlıq aparılır

“Gələn ildən başlayaraq, Gəncə şəhərində çox böyük təmir-bərpa işləri aparılacaq. Şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək. Tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin”. Bu sözləri ölkə Prezidenti keçən il dekabrın 24-də ilin idman yekunlarına həsr olunmuş müşavirədə söyləyib.

Aradan cəmi 5 ay keçib. Amma adam inana bilmir ki, belə qısa müddətdə böyük bir şəhərdə bu qədər iş görülə bilərmiş! Hara gedirsənsə, təmir-bərpa işləri ilə qarşılaşırsan. Binalar yeni görkəm alır, yollar asfaltlanır, park və xiyabanları gül-çiçək, yaşıllıqlar bəzəyir. Hazırda şəhərin bir sıra küçə, prospekt və məhəllələrində çoxmənzilli və fərdi yaşayış evlərinin fasadları təmir edilir. Eyni zamanda, bir sıra fərdi evlərin dam örtükləri də yenilənir.

Maraqlıdır ki, şəhərdə nəqliyyatın, sakinlərin gediş-gəlişində müvəqqəti çətinliklər yaransa da, adamlar bundan narahat olmurlar, əksinə, çox sevinir, ölkə başçı İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirirlər. Bilirlər ki, Gəncəyə daim diqqət göstərən ölkə Prezidenti bu dəfə də qədim Nizami yurduna öz qayğısını əsirgəməyib. Qədim şəhər daha da gözəlləşir, abad bir məkana çevrilir.

Bəli, Gəncə böyük imtahan qarşısındadır. Bu il sentyabrın sonu və oktyabrın ilk ongünlüyündə Gəncədə III MDB Oyunları keçiriləcək. Yəni Gəncə möhtəşəm bir tədbirin İdman Paytaxtı seçilib! Eyni zamanda bu oyunlar Azərbaycanın daha 6 şəhərində – Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə də olacaq.

Amma gərək Gəncə İdman Paytaxtı adına layiq bir şəhər olsun. Binalarından, yollarından, mehmanxanalarından tutmuş, nəqliyyat vasitələrinə kimi.

Təbii ki, şəhər rəhbərliyinin, onun ayrı-ayrı strukturlarının üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan görülən nəhəng işlərə hər gün nəzarət etmək, qarşıya çıxan problemləri operativ həll etmək lazımdır.

Ona görə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovu, demək olar ki, son vaxtlar kabinetində görmək qeyri-mümkündür. Görülən işlərin gedişatı ilə hər gün yerində tanış olmasan, sonradan ortaya çıxan problemləri həll etmək çətin olar. Şəhər rəhbəri ilə ayaqüstü söhbətimiz də Gəncənin Nəriman Nərimanov və Təbriz prospektlərinə baxış keçirərkən baş tutdu:

– Gəncədə belə bir yüksək səviyyəli yarışın keçirilməsi həm şəhərə olan böyük etimaddır, həm də bizim məsuliyyətimiz deməkdir. Cənab Prezidentimizin tapşırığı var: Gəncə şəhərə gələn qonaqları, idmançıları öz gözəlliyi, tarixiliyi, infrastrukturu ilə heyran etməlidir. Bunun üçün möhtərəm cənab Prezidentimizin Gəncəyə göstərdiyi kömək bizi hədsiz ruhlandırır. Bu idman oyunlarının Gəncəyə həvalə edilməsi də sözsüz dövlət başçımızın öz sözü, müstəqil siyasəti olan Azərbaycanın nüfuzunun nəticəsidir. Biz bunu heç vaxt unuda bilmərik.

Niyazi müəllim bunları söyləyib aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Şəhər icra hakimiyyətindən bildirdilər ki, N.Bayramov həmin gün Gəncəçay Park-bulvar kompleksi və Bayraq meydanında aparılan yenidənqurma işləri ilə də yerində tanış olub. Xan bağı istirahət parkında görülən abadlıq işlərinə baxıb. Hazırda ümumi sahəsi 60 min kvadratmetr olan bu parkda ehtiyac duyulan ərazilərdə tamet daşları yenilənir.

Gəncənin “Süni göl”ü də əsaslı şəkildə yenidən qurulur. Ərazidə yerləşən “Yaşıl teatr”da təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

Niyazi Bayramov şəhər sakinləri ilə də görüşüb, görülən işlərlə bağlı onların fikirlərini öyrənib. Hamının fikri yekdil olub. Gəncəlilər, ilk növbədə, şəhərdə aparılan abadlıq və yenidənqurma işlərinə görə dövlət başçısına dərin təşəkkürlərini bildiriblər və öz təkliflərini də səsləndiriblər.

Qeyd edək ki, ümumilikdə, şəhərin 35 küçə və prospektində yerləşən çoxmənzilli və fərdi yaşayış evlərinin fasadlarının təmiri gedir. İstirahət parkları və meydanlarda görülən işlər çərçivəsində isə 175 min 900 kvadratmetr ərazinin abadlaşdırılması planlaşdırılır.

...4 ay da keçəcək, Gəncə al-əlvan libasa bürünəcək. Əminik ki, minlərlə qonaq bu şəhərin qədim, gözəl olması ilə yanaşı, onun sakinlərinin də necə qonaqpərvər, mehriban olduqlarını görəcəklər.

Zöhrə təki ucalıb Mizan bürcünə Gəncə,
Onu belə ucaldan ülvi sözümdür, məncə.

Bu, ulu şairimizin, Şeyx Nizaminin misralarıdır. Gəncəni zöhrəyə bənzədib. Zöhrə isə günəş sisteminə yaxın olan 7 ulduzdan biri və bütün görünən ulduzların ən parlağıdır. Görün Gəncəyə necə gözəl qiymət verilib. İnanırıq ki, Gəncəyə qonaq gələnlər böyük şairin yanılmadığını hiss edəcəklər...

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see594

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see343

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see282

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see244

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see215

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see208

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see207

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see191

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 13:15see190

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 7% artıb

03 İyul 2026 18:41see174

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see171

Süni intellekt iqtisadiyyata necə təsir edəcək? Ekspertdən açıqlama

03 İyul 2026 18:10see171

Nazilə Səfərli ona mesaj yazanı polisə şikayət etdi Foto

03 İyul 2026 12:37see168

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see166

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır

04 İyul 2026 10:58see163

Həkimdən kondisioner xəbərdarlığı: Bu temperaturdan aşağı salmayın

03 İyul 2026 15:06see162

Emiliano Martines yenə saçlarında Argentina bayrağı ilə oynayacaq

04 İyul 2026 01:48see159

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” FOTO

03 İyul 2026 22:51see157

Həftəsonu oyunlar bu kanallarda AFİŞA

04 İyul 2026 03:58see155

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

03 İyul 2026 23:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri