Icma.az
close
up
RU
İdman prinsipi qorunmalıdır İmişli rəsmisi

İdman prinsipi qorunmalıdır İmişli rəsmisi

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Premyer Liqaya iddialı üç komandadan biri "İmişli"dir. Bu mövsüm xüsusilə ciddi işlər görən və uğurlu nəticə göstərən Aran bölgəsi təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlovla əlaqə saxlayıb lisenziyalaşma ilə bağlı görülən işlər, həmçinin gündəmdə olan suallara aydınlıq gətirməyə çalışdıq. 

Onun Fanat.Az-a müsahibəsi belə alındı:  

- Lisenziyalaşma ilə bağlı vəziyyət nə yerdədir? Mümkünsə, görülən işlərlə bağlı məlumat verərdiniz. Sənədləri təqdim etmisiniz? 
- Bəli, lisenziya üçün müraciət etmişik. Artıq sənədlərin 80 faizi təsdiq edilib. 

- Hansısa irad yoxdu?
- Olsa da, aradan qaldırırıq. Keçən il lisenziya aldığımız üçün bizə çətinlik yaratmayacaq.

- Qalan 20 faiz hansı şərtlərdir?
- Maliyyə bölməsi hələ aktiv deyil. Onu da yoluna qoyacağıq.

- Təklif var ki, Premyer Liqanın sonuncusu ilə I Liqa təmsilçisi arasında pley-off görüşləri keçirilsin. Buna münasibətiniz necədi? Sonuncu yeri tutan komandanın reqlamentə uyğun olaraq birbaşa aşağı liqaya düşməsinin tərəfdarısınız, yoxsa pley-off oyunlarının olmasına etirazınız yoxdu?
- Pley-off variantına baxışım odur ki, idman prinsipi qorunmalıdır. Bu, futbolumuzun və klubların inkişafı baxımından olduqca vacibdir. Premyer Liqa komandasının aşağı liqaya düşməsi faciə deyil. Dünya futbolunda da bu var və bizdə də son 2 ildir bu baş verir. Məncə, müsbət nəticələrini görürük. Çünki düşən komanda yenidən təşkilatlanıb bir ildən sonra elitaya qayıdır. 

- Premyer Liqaya çıxsanız, nə kimi yenilik, dəyişiklik etməyi planlaşdırırsınız? Bir az uzaq plan olsa da, fikirləriniz maraqlıdır.
- Uzağa baxmağa tələsmirik. Bu gün "Zaqatala" ilə oyunumuz var. İlk "üçlük"də möhkəmlənmək baxımından vacib oyundur.  
Təbii ki, planlarımız var, I Liqadakı oyunlara ciddi yanaşmaqla bərabər, elitaya hazırlaşırıq. Gəlsək, ilk öncə stadionu və infrakstrukturu əsaslı şəkildə təmir edəcəyik. Əlavə meydançalar salmağı hədəfləmişik. Uşaq futbolu ilə bağlı planlarımız var. Geniş Aran bölgəsini əhatə edəcək akademiya yaratmağı nəzərdə tutmuşuq. İmişli futbolunu əvvəlki vəziyyətinə qaytarmaq istəyirik.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://fanat.az
archiveBu xəbər 19 Fevral 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri