Icma.az
close
up
RU
“İmişli” rəsmisi: “Təcrübəyə ehtiyacımız var idi”

“İmişli” rəsmisi: “Təcrübəyə ehtiyacımız var idi”

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İmişli” klubunun yeni loqosu təqdim edilib.

Futbolpress.az xəbər verir ki, mərasimdə komandanın icraçı direktoru Aqşin Mürsəlov jurnalistlərin suallarını cavablandırdı:

– Nə üçün Kaşkilya ilə yola davam edilmədi?
– Məşqçi peşəsi belədir, tez-tez klub dəyişmək mümkündür. Kaşkilya ilə fikirlərimiz üst-üstə düşmədi. Ötən mövsüm qarşısına qoyulan hədəfə çatmışdı. Ancaq düşündük ki, bizim üçün yerli məşqçi ilə çalışmaq daha yaxşı olar.

– Yeni mövsümdə hansı stadionda oynayacaqsınız?
– Quba stadionu ilə bağlı çox əziyyət çəkdik. Bizdən asılı olmayan səbəblərə görə problemləri aradan qaldıra bilmirdik. Yevlax şəhər stadionu standarlara uyğundur. Bir az çətinliyimiz var, amma inanıram ki, aradan qaldıracağıq. Öz stadionumuzun tikintisi üçün torpaq sahələrinə baxırıq.

– Klubun köhnə stadionu ilə bağlı niyə problem həll olunmur?
– Heydər Əliyev adına stadionun torpaq sahəsi Həmkarlar Təşkilatına, mülkü isə MKT-ya məxsusdur. Həmkarlar da satmaq istəmir. MTK isə dəyərindən yüksək məbləğ deyir, almağa da razıyıq, amma sənədlərlə bağlı çətinliklər var. Gənclər və idman nazirliyinə, İcra Hakimiyyətinə bildirmişik, amma hələ də həll yolunu tapa bilmirik. Bütün variantlardan istifadə edirik. Dedik ki, Qubaya verdiyimiz pulu sizə verək, orda oynayaq. Ancaq olmadı. İmişlidə oynayanda matçlarımıza 3000-ə yaxın azarkeş gəlirdi. Ən azı bilet satışımız 2 min olurdu. Bəzən rəqəm daha yüksək olur. Ev oyunlarımızı İmişlidə keçirsək, bilet satışından gəlir əldə edə bilərik. İnanıram ki, problem yaxın zamanda həll olar. Təəssüf ki, rayonun komandası İmişlidə oynaya bilmir.

– Yeni stadion tikintisi ilə bağlı işlər dayanıb? 
– Danışıqlarımız gedir. Bizə daha çox büdcə və vaxt lazımdır. Köhnə stadionla bağlı məsələ də problemli olduğu üçün gözləmək, vaxt itirmək fikrimiz yoxdur. Hazırda düşündüyümüz torpaq sahəsi alıb, orda baza qurmaqdır. Çox böyük stadion da düşünmürüm, 2-3 hektarda, 5-10 min nəfərlik arenanı fikirləşirik.

– Yeni mövsümdə hədəfiniz nə olacaq?
– Ötən mövsüm də məqsədlərimizi deyəndə, birmənalı qarşılanmamışdı. Bizim liqanı tərk edəcəyimizi deyirdilər. Amma 8-ci olduq. Qarşıdakı mövsümdə də hədəf “altılıq”dır.

– Komandanı Premyer Liqaya yüksəldən Fərid Namazovla əvvəlcə vidalaşdınız, amma bir il sonra yenidən əməkdaşlığa başladınız. Sanki qəribə təyinatdır…
– Premyer Liqada tək komanda yox, biz də yeni idik. Təcrübəyə ehtiyacımız var idi. Kaşkilyanı gətirəndə də bizə qarşı ittihamlar çox oldu. Dedilər ki, yanlış seçimdir. Amma şükür ki, yanılmadıq. İnanıram ki, bu dəfə də yanılmayacağıq. Namazovla heç vax əlaqəmiz kəsilməyib.

– Premyer Liqaya yeni gələndə media münasibətləriniz qaydasında deyildi sanki. Tənqidlər sizə narahatlıq verirdi. Amma son dönəmlərdə media ilə münasibətləriniz yaxşılaşıb. Nə dəyişdi?
– İnsan üçün çətin olan empati qurmaqdır. Bunu bacardıq. Düzdür, yenə səhvlərimiz olacaq, yenə bizi günahlandıracaqsınız. Məncə, inkişaf bundadır.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 İyul 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri