Icma.az
close
up
RU
İdman siyasəti: güclü dövlət, sağlam cəmiyyət və yüksələn beynəlxalq imic

İdman siyasəti: güclü dövlət, sağlam cəmiyyət və yüksələn beynəlxalq imic

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı ölkəmizdə idmanın təkcə fiziki fəaliyyət sahəsi deyil, eyni zamanda mühüm dövlət siyasəti istiqaməti olduğunu bir daha aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi faktlar və qiymətləndirmələr Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların miqyasını, bu uğurların arxasında dayanan sistemli yanaşmanı və gələcək hədəfləri əhatəli şəkildə ortaya qoydu. Prezident cənab İlham Əliyev vurğuladı ki, 2025-ci ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda rekord nəticələrə imza atıblar. 2000-dən çox medalın, o cümlədən 600-dən artıq qızıl medalın qazanılması ölkədə idmanın inkişafının real göstəricisidir. Medalların sayında müşahidə olunan artım təsadüfi deyil və dövlət tərəfindən idmana göstərilən ardıcıl diqqətin, həyata keçirilən məqsədyönlü proqramların məntiqi nəticəsidir. Çıxışda xüsusi olaraq qeyd olundu ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər ərzində idman infrastrukturu faktiki olaraq sıfırdan qurulub və bu gün beynəlxalq standartlara tam cavab verir. Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu cür komplekslərin sayı 46-ya çatıb. Bu isə regionlarda yaşayan gənclər üçün idmanla məşğul olmaq baxımından geniş imkanlar yaradır. Cənab Prezident sağlam gənc nəslin yetişdirilməsinin ölkənin gələcək inkişafı üçün həlledici əhəmiyyət daşıdığını xüsusi vurğuladı. Gənclərin uşaqlıqdan idmana cəlb olunması təkcə yüksək idman nəticələrinin əldə edilməsinə deyil, eyni zamanda fiziki və mənəvi cəhətdən sağlam cəmiyyətin formalaşmasına xidmət edir. Dövlət başçısının fikrincə, idman gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində də mühüm rol oynayır və bu amillər vəhdət təşkil etdikdə ölkənin davamlı inkişafı təmin olunur. Çıxışda son beş il ərzində Azərbaycanın beynəlxalq arenada qazandığı Qələbənin idman sahəsinə də təsirindən bəhs olundu. İdmançılarımızın beynəlxalq yarışlarda Dövlət Bayrağını qaldırması hər bir vətəndaşda qürur hissi doğurur və müzəffər xalqın nümayəndəsi kimi çıxış edən idmançıların məsuliyyətini daha da artırır. 2025-ci ilin ən mühüm idman hadisələrindən biri kimi MDB ölkələrinin III Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi xüsusi qeyd olundu. Oyunların bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə təşkili ölkəmizin böyük təşkilati potensialını nümayiş etdirdi və beynəlxalq qonaqlar tərəfindən yüksək qiymətləndirildi. Bu cür tədbirlər Azərbaycanın idman potensialının və müasir infrastrukturunun dünyaya təqdimatında mühüm rol oynayır. Prezident cənab İlham Əliyev Bakıda ilk dəfə keçirilən UFC beynəlxalq turnirini və Formula 1 yarışlarının ölkəmizin beynəlxalq imicinə verdiyi töhfəni də diqqətə çatdırdı. Xüsusilə Formula 1 yarışlarından sonra xarici turistlərin sayının 20 faiz artması idman tədbirlərinin iqtisadi və turizm baxımından əhəmiyyətini bir daha təsdiqləyir. Çıxışda gələcək hədəflər də açıqlanaraq bildirildi ki, ölkəmizdə ilk dəfə Xizək üzrə Dünya Kuboku yarışlarının Şahdağ Xizək Turizm Mərkəzində keçirilməsi Azərbaycanın qış idmanları sahəsində də beynəlxalq mövqeyini gücləndirəcək. Şahdağda yaradılan infrastruktur, yeni traslar və özəl sektorun artan marağı regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Nəhayət, cənab Prezident Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsini Azərbaycanda idmana verilən yüksək dəyərin beynəlxalq səviyyədə tanınması kimi qiymətləndirdi. Bu statusun ölkəmiz üçün böyük şərəf olduğunu vurğulayan dövlət başçısı əminliklə bildirdi ki, Azərbaycan bu adı layiqincə daşıyacaq. Cənab Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycanda idman təkcə yarış və nəticə deyil, güclü dövlətin, sağlam cəmiyyətin və yüksələn beynəlxalq nüfuzun ayrılmaz tərkib hissəsidir.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri