Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Qobustanda güclü dövlət, sağlam cəmiyyət mövzusunda tədbir

Qobustanda güclü dövlət, sağlam cəmiyyət mövzusunda tədbir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının və YAP Qobustan rayon təşkilatının birgə təşkilatçılığı ilə “Güclü dövlət, sağlam cəmiyyət: milli dəyərlər və sosial ədalət” mövzusunda tədbir keçirilib.

Partiyadan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov güclü dövlətin formalaşmasında milli-mənəvi dəyərlərin, sağlam ictimai mühitin və sosial ədalət prinsiplərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası müasir Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafının əsas sütunlarını təşkil edir. Bu gün həmin siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, dövlət müstəqilliyinin və suverenliyinin daha da gücləndirilməsinə xidmət edir.

Partiyanın Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva milli-mənəvi dəyərlərin qorunması, gender bərabərliyinin təşviqi, ailə institutunun möhkəmləndirilməsi və gənclərin cəmiyyət həyatında fəal iştirakının təmin edilməsinin vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, sağlam cəmiyyətin formalaşması üçün milli kimliyə bağlılıq, vətənpərvərlik, təhsil və sosial məsuliyyət kimi dəyərlər xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolundan danışan YAP İdarə Heyətinin üzvü Vazeh Əskərov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərə toxunaraq bildirib ki, milli-mənəvi dəyərlərə sadiq, savadlı, müasir biliklərə yiyələnmiş və geniş dünyagörüşünə malik gəncliyin yetişdirilməsi ideoloji dayanıqlılığın mühüm şərtlərindəndir.

YAP Veteranlar Şurasının üzvü Fidumə Hüseynova çıxışında güclü dövlət və sağlam cəmiyyət anlayışlarının qarşılıqlı əlaqəsindən danışıb. O, ailə dəyərlərinin qorunması, uşaqların və gənclərin hərtərəfli inkişafı, sosial müdafiəyə ehtiyacı olan şəxslərə diqqət və qayğı göstərilməsinin sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların bölgələrin iqtisadi və sosial potensialının inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına verdiyi töhfələrdən bəhs edib. O vurğulayıb ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, sosial məsələlərin həlli prioritet vəzifə kimi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.

Sonra partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see344

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see270

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see257

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see253

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see249

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see235

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see230

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see215

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see208

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see204

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see200

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see196

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see194

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see190

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see186

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see178

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see178

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see175

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri