Icma.az
close
up
RU
İdmana dövlət qayğısı: Sağlam gələcəyi təmin edir

İdmana dövlət qayğısı: Sağlam gələcəyi təmin edir

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev iştirak edib. Dövlətimizin başçısı çıxışı zamanı bildirib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilib.

“İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il Gəncədə və Yevlaxda Olimpiya İdman komplekslərinin tikintisi başa çatmışdır. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb”, - deyə Prezident qeyd edib. 

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki,  xüsusilə son illər idmanın inkişafına çox ciddi diqqət yetirilir və dövlət qayğısı var:

“Bu sahə dövlət səviyyəsində yüksək qayğı ilə əhatə olunur. Prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin sədri olduğu dövrdən başlayaraq ölkənin demək olar ki, bütün regionlarında Olimpiya İdman Kompleksləri inşa edilərək istifadəyə verilib. Bu komplekslərin böyük əksəriyyəti bu gün də fəal şəkildə fəaliyyət göstərir”.

Onun sözlərinə görə, regionlarda gənclərin idmana həvəslənməsində, məşğul olmasında bu komplekslərin kifayət qədər böyük rolu var:

“Regionlarda yerləşən bu idman infrastrukturu gənclərin idmana cəlb olunmasında, onların sağlam həyat tərzinə yönəlməsində mühüm rol oynayır. Ümumilikdə ölkədə idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu sahəyə sistemli yanaşma mövcuddur.

Azərbaycan eyni zamanda, beynəlxalq idman tədbirlərinə mütəmadi olaraq ev sahibliyi edir. Bu il ölkəmiz bir sıra irimiqyaslı idman yarışlarının keçirildiyi məkana çevrilib. Xüsusilə Gəncə-Gəncəbasar regionunda MDB İdman Oyunlarının keçirilməsi Azərbaycanın idman potensialının və təşkilatçılıq imkanlarının göstəricisi olub. Növbəti illərdə də ölkədə bir sıra nüfuzlu beynəlxalq idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Gənclərin idmana marağının artırılmasında dövlətin bu sahəni stimullaşdırması, idmançılara göstərilən diqqət və qayğı, onların mütəmadi olaraq təltif edilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu sahəyə şəxsən böyük diqqət yetirir ki, bu da gənclər arasında idmana marağın daha da artmasına səbəb olur”.

Arzuxan Əlizadə əlavə edib ki, dövlətin idmana verdiyi bu dəstək sağlam həyat tərzinin təşviqi baxımından da xüsusi önəm daşıyır:

“Bütün bunlar gənclərin sağlam fiziki inkişafında, onların sağlam mühitdə böyüməsində, eyni zamanda, zərərli vərdişlərdən və müxtəlif asılılıqlardan uzaq durmasında mühüm rol oynayır. Qeyd etdiyim kimi, regionlarda fəaliyyət göstərən Olimpiya İdman Kompleksləri gənclərin idmana həvəsinin artırılmasında, onların müxtəlif idman növlərinə yönəlməsində mühüm və stimullaşdırıcı amil kimi çıxış edir. Bu baxımdan, idmana göstərilən dövlət qayğısı, xüsusilə Prezident İlham Əliyevin bu sahəyə bilavasitə diqqət və dəstəyi yüksək qiymətləndirilir və gələcək nəslin həm mənəvi, həm də fiziki baxımdan sağlam böyüməsində böyük əhəmiyyət kəsb edir”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri