Icma.az
close
up
RU
Hamiləlikdə D vitamini sağlam körpənin sağlam gələcəyi

Hamiləlikdə D vitamini sağlam körpənin sağlam gələcəyi

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsan orqanizimində D vitamininin əvəzolunmaz rolu var və o bir çox sağlamlıq parametrlərinin indikatorudur. Eyni zamanda, bu vitamin çatışmazlığının hamilə qadınların sağlamlığına da təsiri var.

Bakıvaxtı.az xəbər verir ki, D vitamini dedikdə nə başa düşülür və onun qəbul edilmə yolları, sağlamlığa təsiri barədə və çatışmazlığının fəsadları ilə bağlı suallara Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Aynurə Qaybalıyeva aydınlıq gətirir.

- Aynurə xanım, D Vitamini nədir və onun funksiyaları?

- D vitamini çox vaxt “günəş vitamini” kimi tanınır, çünki insan orqanizmi onu əsasən günəş şüalarının təsiri ilə özü sintez edir. Lakin, bu sadə vitamin anlayışından daha artıqdır. D vitamini əslində hormonabənzər bir maddədir və hüceyrə səviyyəsində minlərlə prosesin idarəsində iştirak edir. Bu vitamin yağda həll olunur, qaraciyər və böyrəklərdə aktiv formaya çevrilərək öz funksiyasını yerinə yetirir.

Orqanizmdə D vitamininin əsas funksiyası kalsium və fosforun bağırsaqlarda sorulmasını təmin etməkdir. Bu, sümüklərin möhkəmliyini qorumaq və diş strukturunun normal inkişafı üçün vacibdir. Bundan əlavə, D vitamini əzələlərin gücünü, sinir sisteminin işləməsini və immun sisteminin effektiv fəaliyyətini dəstəkləyir. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı təkcə fiziki deyil, həm də psixoloji pozuntulara səbəb ola bilər – məsələn, depressiya, yuxusuzluq və konsentrasiya pozuntuları. Beləliklə, D vitamini təkcə sümük sağlamlığı üçün deyil, həm də ümumi həyat keyfiyyəti üçün vacib amildir.

- Hamiləlik dövründə D vitamini niyə bu qədər vacibdir?

- Hamiləlik zamanı qadın orqanizmi bir sıra ciddi dəyişikliklərə məruz qalır. Bu dövr, yalnız bir insanın yox, iki canlının – ana və dölün – paralel ehtiyaclarının qarşılanmalı olduğu kompleks bir bioloji mərhələdir. Bu səbəbdən bəzi vitaminlərə, xüsusilə də D vitamininə tələbat artır.
D vitamini dölün skelet sisteminin inkişafı üçün həyati əhəmiyyət daşıyır. Körpənin sümüklərinin formalaşması, diş toxumasının yaranması, sinir sisteminin və immun sisteminin sağlam inkişafı bu vitaminin iştirakı ilə baş verir. D vitamini həm də plasentanın normal fəaliyyətinə, dölə oksigen və qida maddələrinin düzgün daşınmasına kömək edir. Eyni zamanda doğuş müddətinin tənzimlənməsində və erkən doğuş riskinin azaldılmasında da mühüm rol oynayır.

Əgər hamilə qadının orqanizmində D vitamini səviyyəsi aşağı olarsa, bu həm ana, həm də körpə üçün ciddi sağlamlıq riskləri yarada bilər. Belə ki, bu vitaminin yetərsizliyi uşaqda raxit kimi sümük deformasiya xəstəliklərinə, zəif immun sisteminə və inkişaf geriliklərinə səbəb ola bilər.

- D vitamini əskikliyinin vaxtında təyin olunmaması ana və döl üçün gizli təhlükə sayılırmı?

- D vitamininin əskikliyi bəzən səssiz şəkildə irəliləyir, lakin təsirləri olduqca ciddidir. Hamilə qadınlarda bu çatışmazlıq ilk növbədə əzələlərdə zəiflik, tez yorulma, sümük ağrıları ilə özünü göstərir. Bununla yanaşı, yuxusuzluq, əhval pozğunluğu və depressiyaya meyillilik də müşahidə oluna bilər. Bu simptomlar çox zaman hamiləliklə əlaqələndirilərək ciddi qəbul olunmur, lakin kökündə D vitamini çatışmazlığı dayanır.

Bu çatışmazlıq gestasion diabetin, preeklampsiyanın və erkən doğuş riskinin artmasına səbəb olur. Həmçinin, kalsiumun orqanizmdə düzgün paylanmaması nəticəsində ana osteoporoz riski ilə üzləşə bilər.

Döl üçün isə D vitamini çatışmazlığı, xüsusilə sümük sisteminin zəif formalaşmasına, aşağı doğum çəkisinə, zəif immunitetə, tez-tez infeksiyalara və hətta psixomotor inkişafın gecikməsinə səbəb ola bilər. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı olan anaların körpələrində sonradan astma, allergik xəstəliklər və bəzi autoimmun problemlər inkişaf edə bilər.

- D vitamini çatışmazlığını necə bərpa etmək olar?

- D vitamini orqanizmə üç əsas yolla daxil olur: günəş işığı, qidalar və tibbi əlavələr vasitəsilə. Günəş şüaları vasitəsilə dəri altında sintez olunan D vitamini təbii mənbə sayılır. Dərinin açıqda qalması və gün ərzində təxminən 15-20 dəqiqə günəş altında olmaq bu prosesin baş verməsi üçün kifayət edir.

Qidalarla qəbul edilən D vitamini mənbələri arasında som balığı, sardina, yumurta sarısı, balıq yağı, süd və süd məhsulları xüsusilə seçilir. Lakin bu məhsulların gündəlik istehlakı ilə D vitamini tələbatını tam qarşılamamaq mümkündür. Buna görə də xüsusilə hamilə qadınlara həkim məsləhəti ilə D vitamini əlavələri – damcı, kapsul və ya maye formada – təyin olunur. Bu preparatlar yalnız laborator analizlərdən sonra və həkim təyinatı ilə istifadə olunmalıdır.

- Hamiləlik zamanı D vitamini nə qədər qəbul olunmalıdır və necə istifadə edilməlidir?

- Hamiləlik dövründə bir qadının gündəlik D vitamini ehtiyacı təxminən 600-2000 IU (Beynəlxalq Vahid) arasında dəyişir. Bu rəqəm şəxsin yaşına, dərisinin günəşə məruz qalma səviyyəsinə, bədən çəkisinə, yaşadığı iqlimə və ümumi sağlamlıq vəziyyətinə görə dəyişə bilər. Əgər analizlər nəticəsində D vitamini səviyyəsi aşağı çıxarsa, həkim bu ehtiyaca uyğun dozada preparat təyin edir.
D vitamini yağda həll olunan vitamin olduğu üçün yağlı yeməklərlə birlikdə qəbul etmək onun mənimsənilməsini artırır. Lakin, diqqətli olmaq lazımdır – özbaşına, nəzarətsiz qəbul edilən yüksək doza sağlamlıq üçün təhlükəli ola bilər.

- D vitamini çatışmazlığının müalicəsi necə aparılır?

- D vitamini çatışmazlığını aşkar etmək üçün ən etibarlı üsul qan analizidir. 25-hidroksivitamin D [25(OH)D] səviyyəsinə baxılaraq orqanizmdə bu vitaminin miqdarı müəyyən olunur. Əgər səviyyə normadan aşağıdırsa, həkim qısa müddətli yüksək dozalı müalicə kursu təyin edə bilər. Daha sonra isə saxlayıcı, yəni profilaktik dozaya keçid edilir və bu dövrdə mütəmadi təkrar analizlərlə vitaminin səviyyəsi nəzarətdə saxlanır.

Planlı şəkildə hamilə qalmaq istəyən qadınlar üçün bu analizlərin hamiləlikdən əvvəl verilməsi tövsiyə olunur. Beləliklə, həm hamiləlik daha rahat keçir, həm də körpənin inkişafında ciddi problemlərin qarşısı alınır.

- Ana südü dövründə D vitamini qəbulunun davam etdirilməsi tövsiyə olunurmu?

- D vitamini ehtiyacı doğuşdan sonra da davam edir. Əksinə, bu dövrdə həm ananın bərpası, həm də körpənin düzgün inkişafı üçün bu vitamin daha da önəm qazanır. Ana südü ilə qidalanan körpələr üçün lazım olan D vitamini məhz ana orqanizmindən ötürülür. Əgər ana kifayət qədər D vitamini qəbul etməzsə, bu, körpədə sümük zəifliyi, raxit və infeksiyalara qarşı zəif müqavimətə səbəb ola bilər.

Bu səbəbdən süd verən analara da hamiləlik dövründə olduğu kimi həkim nəzarətində vitamin qəbulu tövsiyə olunur. Bu, həm ananın, həm də körpənin sağlamlığı üçün əvəzolunmazdır.

- D vitamininin dozası artıq olarsa, bu nə kimi hallara səbəb ola bilər?

- D vitamininin azlığı qədər artıqlığı da təhlükəlidir. Yüksək dozada qəbul olunan D vitamini qanda kalsiumun səviyyəsini artıraraq hiperkalsemiyaya səbəb ola bilər. Bu isə ürəkbulanma, halsızlıq, susuzluq, iştahsızlıq, qusma, böyrək daşı əmələ gəlməsi və hətta orqan zədələnməsi ilə nəticələnə bilər. Bu səbəbdən, D vitamini preparatları yalnız həkim nəzarəti altında, dəqiq analiz nəticələrinə əsaslanaraq qəbul edilməlidir. Xüsusilə hamiləlik dövründə “profilaktika məqsədilə” yüksək dozada qəbul tamamilə risklidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Yanvar 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri