İdmanda 2025ci il üçün qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 23 dekabr, AZƏRTAC
Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2025-ci il üçün açıqladığı qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) AZƏRTAC-a verilən məlumata görə, AMADA tərəfindən tərcümə edilən siyahı 2025-ci il yanvarın 1-dən etibarlı olacaq.
Qadağan edilmiş maddələrin siyahısı ilə yanaşı, əsas dəyişikliklərin xülasəsi, izahlı qeydlər və monitorinq proqramı da tərcümə edilərək AMADA-nın rəsmi internet səhifəsində yerləşdirilib.
Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.
2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı ilə bu linkə keçid etməklə tanış olmaq olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 23 Dekabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















