Icma.az
close
up
RU
CEFR Azərbaycan dilinə tərcümə edilib AZƏRTAC

CEFR Azərbaycan dilinə tərcümə edilib AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 7 yanvar, AZƏRTAC

“Dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi üzrə tövsiyə çərçivə sənədi” (CEFR) ilk dəfə Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim edilib.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, “Common European Framework of Reference for Languages: Learning, Teaching, Assessment” sənədinin ingilis dilindən Azərbaycan dilinə tərcüməsi Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin rəhbərliyi və təşəbbüsü ilə 2020-ci ildən başlayaraq Azərbaycan Dövlət Tərcümə Mərkəzində həyata keçirilib. Sənəd DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsi, həmçinin “Abituriyent” jurnalı redaksiyasının əməkdaşları tərəfindən redaktə olunub. Bu təşəbbüs dilin tədrisinin keyfiyyətini artırmaq, bilik və bacarıqların beynəlxalq standartlara uyğun qiymətləndirilməsini təmin etmək, tədris proqramları və yoxlama-ölçmə materiallarının metodoloji bazasını gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, artıq bir neçə ildir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təhsilin fərqli səviyyələrində keçirilən imtahanların xarici dil bloku CEFR-in müvafiq səviyyələrinə uyğunlaşdırılır. Sözügedən imtahanlarda xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinə, həmçinin beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, imtahan verənlərin xarici dillər üzrə dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq bacarıqlarının yoxlanılıb qiymətləndirilməsi həyata keçirilir. Buna görə də Azərbaycan dilinə tərcümə edilmiş tamamlayıcı cild dilin tədrisi üçün kurikulumların, dərslik və vəsaitlərin, həmçinin dil üzrə bilik və bacarıqların ölçülməsi məqsədilə materialların hazırlanmasında müstəsna rola malikdir. Bu sənədin dil öyrənənlərin bilik və bacarıqlarının standart şəkildə qiymətləndirilməsinə, etibarlı yoxlama-ölçmə materiallarının hazırlanlanmasına, dil üzrə bilik və bacarıqların müqayisə olunmasına, həmçinin tədris prosesinin təsbit olunmuş dil standartları əsasında tədrisinə şərait yaradacaqdır.

CEFR sənədinin Azərbaycan dilinə tərcüməsi, təhsil sahəsində mühüm bir nailiyyət olmaqla yanaşı, həm də ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını gücləndirəcəkdir. Sənədin Azərbaycan dilinə tərcümə olunmuş versiyası Avropa Şurasının saytının müvafiq bölməsində, həmçinin Dövlət İmtahan Mərkəzinin internet səhifəsində yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Yanvar 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see262

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see226

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see222

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see221

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see220

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see196

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see196

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see189

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see187

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see186

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see185

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see180

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see178

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see173

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see172

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see169

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see168

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see165

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see159

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri