Icma.az
close
up
RU
İdmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaq

İdmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaq

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin gücünün ildən-ilə artması idmanımızın inkişafına da müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.
Biz cənab prezidentin həyata keçirdiyi siyasətə baxsaq, ədalət prinsipinin əsas yer tutduğunu görürük. Həm ölkəmizə qarşı ədalətsizliyə, həm dünyadakı ədalətsizliyə qarşı cənab prezident öz mövqeyini ortaya qoyub.
Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və bununla qürur duyuruq. Eyni zamanda bu qələbə hər bir Azərbaycan gənci üçün stimul olmalıdır. Biz döyüş meydanındakı qələbəmizi idmanda da, təhsildə də davam etdirməliyik. Bizim qalib xalq olduğumuzu artıq bütün dünya qəbul edir.
Bu gün Azərbaycan idmançıları ölkəmizi ləyaqətlə təmsil edir. Hesab edirəm ki, cənab prezidentin idmançılarımızla görüşü xüsusi əhəmiyyət daşıyır. Cənab prezidentin bu cür tədbirlərdə iştirakı və idmançıları mükafatlandırması bu baxımdan önəm daşıyır. Şübhəsiz ki, Azərbaycan idmançıları da bundan ruhlanaraq ölkəmizi layiqincə təmsil etməyə davam edəcəklər.
Cənab prezident idmançılarla görüşdə gələn il Azərbaycanın növbəti böyük idman yarışına, MDB oyunlarına ev sahibliyi edəcəyini bildirdi. Ümumilikdə bu oyunların 14 şəhərdə keçirilməsi nəzərdə tutulub. 7 min idmançının iştirakı gözlənilən üçüncü MDB oyunlarının mərkəzi kimi Gəncə şəhəri seçilibdir. Gəncədə yeni stadion inşa edilir və oyunlara qədər hazır olacaq. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Əminik ki, idmançılarımız dövlət başçımızın yaratdığı bu şəraiti layiqli qiymətləndirərək yaxşı nəticələr göstərəcəklər.
Azərbaycanda bir çox mötəbər Avropa Oyunları keçirilmişdir. İslam Həmrəylik oyunlarına, COP29 beynəlxalq iqlim konfransına da Azərbaycanın necə yüksək səviyyədə ev sahibliyi etməsinə bütün dünya şahid oldu. İnanırıq ki, bu dəfə də Azərbaycan üçüncü MDB oyunlarının yüksək şəkildə təşkili üçün çalışacaq və idmançılarımız ölkəmizi ləyaqətlə təmsil eədərək bizləri sevindirəcək. Prezident -İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.
Ceyhun Məmmədov, millət vəkili
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 26 Dekabr 2024 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri