İdxal olunan “qreçka”nın 99,5% i Rusiyadan gətirilir Kiloqramı 70 qəpikdən
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən il xarici ölkələrdən Azərbaycana 13 min 567 ton qarabaşaq (“qreçka”) idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan qarabaşağın 99,5%-i, yəni 13 min 500 tonu Rusiyadan gətirilib. Bundan başqa, 67 ton qarabaşaq da Qazaxıstandan idxal edilib.
Qeyd edək ki, Rusiyadan idxal olunan 1 kiloqram qarabaşağın orta gömrük dəyəri 41 sent (70 qəpik) olub. Qazaxıstandan idxal edilən qarabaşağın 1 kiloqramının orta gömrük dəyəri isə 33 sent (56 qəpik) olub.
Məlumat üçün bildirək ki, bu ilin yanvar ayında ölkənin pərakəndə satış məntəqələrində idxal olunan qarabaşaq yarmasının orta satış qiyməti 2,76 manat olub.
Onu da bildirək ki, ölkəyə idxal olunan qarabaşaq əsasən bir ölkədən gətirildiyi halda, marketlərdə fərqli adlarla qablaşdırılan qarabaşaq yarmalarının qiymətləri arasında kəskin fərqlər mövcuddur. Məsələn, “Neptun” supermarketdə “Şedraya Zemlya” adlı 700 qram çəkisi olan qarabaşaq yarması 1,5 manata təklif edildiyi halda, “Yarmarka” adlı 600 qram çəkisi olan qarabaşaq yarması 2,95 manata təklif edilir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycana idxal olunan badımcanın 1 kiloqramı neçəyə başa gəlir?
20 İyul 2026 04:45
Xaricdən ətin kiloqramı 4 manata gətirilir
18 Fevral 2026 12:08
Qreçka çatışmazlığı müalicə ETMİR
17 Sentyabr 2025 23:20
Əfqanıstana kiloqramı 61 qəpikdən 782 ton heyvan piyi satılıb
06 Yanvar 2026 14:51
Təbii balın kiloqramı Türkiyədən Azərbaycana 6 manata gətirilir
27 May 2025 16:53
Baxış sayı:329
Bu xəbər 27 Fevral 2026 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















