Icma.az
close
up
RU
İdxalda 1 ayda 700 milyondan çox artım olub Əsas ticarət tərəfdaşlarımız hansı ölkələrdir?

İdxalda 1 ayda 700 milyondan çox artım olub Əsas ticarət tərəfdaşlarımız hansı ölkələrdir?

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

“Ölkənin idxalı 80% (910 milyon dollar) artıb. Bu artım əsasən dövlət idxalı hesabına baş verib. Keçən ilin yanvarı ilə müqayisədə dövlət sektorunun idxalında 700 milyon dollardan çox - təxminən 6 dəfə artım qeydə alınıb”.

“AzPolitika” bildirir ki, bu barədə iqtisadçı Rövşən Ağayev “facebook” hesabında yazıb. Ekspert avtomobil idxalında 25 faizlik ciddi artım olduğunu qeyd edir: “Hibrid avtomobillərin idxalı 3 dəfəyə yaxın artıb. Ölkəyə idxal olunan minik avtomobillərin tam yarısı - hər 2 maşından biri hibridlər və elektromobillər olub”.

İqtisadçı vurğulayıb ki, ölkəyə ətlik diri heyvanların, süd məhsullarının və dənli bitkilərin idxalında ciddi artım qeydə alınıb. Bu mal möveqeləri üzrə idxalın dəyəri 28 milyon dollar (57%) artaraq 77 milyon dolları ötüb.

R.Ağayevin sözlərinə görə, neft ixracının həcmi ilə bağlı rəqəm çox maraqlıdır. O, bildirir ki, ötən ilin yanvarı ilə müqayisədə xam neft ixracatında 2 dəfədən çox artım var: “Bu ilin yanvarında 3,5 milyon ton neft ixracı gösənir (ötən il 1,5 milyon ton). Azərbaycanın öz istehsalı hesabına aylıq ixrac potensialı maksimum 1,8 milyon tondur”.

Onun sözlərinə görə, neft ixracının həcmində belə kəskin artım ixracın dəyərində də əks olunub: “Ümumi ixrac məbləği 65%-dən çox (1,2 milyard dollar) artaraq 3 milyard dolları ötüb”.

Ticarətin coğrafiyasına gəldikdə, iqtisadçı maraqlı məqamları qeyd edib: “Rusiyaya ixracımızın 6,5% (6 milyon dollar) artması müqabilində bu ölkədən idxal 75% (142 milyon dollar) artıb. Bu ölkəyə aylıq ixracımızın dəyəri 81 milyon, idxalın məbləği 331 milyon dollar olub.

Avropa İttifaqına ixrac 3 dəfədən çox artaraq 2,4 milyard dolları ötüb. Bu, yəqin ki, neft-qaz ixracındakı kəskin genişlənmənin hesabınadır. Ötən ilin yanvarı ilə müqayisədə neft-qaz ixracının dəyəri 1,2 milyard dollardan çox genişlənərək 2,8 milyard dollara çatıb.

Çindən idxal 75% artımla 378 milyon dollara, Böyük Britaniyadan idxal 8 dəfəyə yaxın artaraq 120 milyon dollara, Meksikadan idxal 40 dəfədən çox artaraq 180 milyon dollara çatıb.

Türkiyəyə xarici ticarətin dəyərində ciddi dəyişiklik olmayıb. Həm ixrac - 300 milyon dollara yaxın, həm də idxal (170 milyon dollara) demək olar eyni səviyyədə qalıb”.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Fevral 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri