Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

İdxalda 1 ayda milyard dollara yaxın artım GÖMRÜK KOMİTƏSİ PREZİDENTİ ALDADIB

İdxalda 1 ayda milyard dollara yaxın artım GÖMRÜK KOMİTƏSİ PREZİDENTİ ALDADIB

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan 12 yox, cəmi 6 ölkəyə qaz satır…”

Dövlət Gömrük Komitsi (DGK) 2025-ci ilin yanvar ayı ərzində ölkənin xarici ticarəti ilə bağlı göstəriciləri açıqlayıb. Hesabatda qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın idxalında kəskin artım qeydə alınıb – 80% və ya 910 milyon dollar.

Keçən ilin yanvarı ilə müqayisədə dövlət sektorunun idxalında 700 milyon dollardan çox – təxminən 6 dəfə artım qeydə alınıb. Bundan başqa avtomobil, heyvandarlıq məhsulları, dənli bitkilər, süd məhsullarının idxalında da yüksəliş baş verib.

Maraqlı məqamlardan biri Azərbaycanın neft ixracını kəskin artırmasıdır. Məlumdur ki, son 10 illikdə hasilat durmadan azalır və ekspertləır bunu proqnozlaşdırılan azalma olduğunu qeyd edirlər. Uzun illərdir istismar olunan yataqlar “qocalıb” və neft verimliliyi azalıb. O zaman ölkənin neft ixracında kəskin artım nəyin hesabına olması maraq doğurur.

Ticarətin coğrafiyasına gəldikdə, Azərbaycanın Rusiyaya ixracı 6,5 faiz və ya 6 milyon dollar artıb, amma bu ölkədən idxal 75 faiz və ya 142 milyon dollar çoxalıb. Ötən ilki göstəricələr baxdıqda, 2024-cü ilin yanvar ayında Rusiyaya 81 milyon dollar dəyərində mal-məhsul satılıb, 331 milyon dollarlıq idxal həyata keçirilib.

Avropa İttifaqına ixrac isə 3 dəfədən çox artaraq 2,4 milyard dolları ötüb. Çindən idxal 75 faiz artımla 378 milyon dollara, Böyük Britaniyadan idxal 8 dəfəyə yaxın artaraq 120 milyon dollara, Meksikadan idxal 40 dəfədən çox artaraq 180 milyon dollara çatıb. Türkiyəyə xarici ticarətin dəyərində ciddi dəyişiklik olmayıb. Həm ixrac – 300 milyon dollara yaxın, həm də idxal – 170 milyon dollar, eyni səviyyədə qalıb.

DGK-nın məlumatlarını şərh edən iqtisadçı Rövşən Ağayev bildirir ki, ilin ilk ayında avtomobil idxalında 25 faizlik ciddi artım qeydə alınıb. Onun sözlərinə görə, hibrid avtomobillərin idxalı 3 dəfəyə yaxın artıb. “Ölkəyə idxal olunan minik avtomobillərin tam yarısı – hər 2 maşından biri hibridlər və elektromobillər olub”, – o əlavə edib.

İqtisadçı daha sonra vurğulayıb ki, qida məhsullarınn idxalında kəskin artım diqqət çəkir: “Ölkəyə ət əsasən diri heyvanlar, süd məhsullarının və dənli bitkilərin idxalında ciddi artım qeydə alınıb. Bu mal möveqeləri üzrə idxalın dəyəri 28 milyon dollar (57%) artaraq 77 milyon dolları ötüb”.

İxraca gəldikdə, R.Ağayev neft satışında qeydə alınmış yüksək rəqəmlərin maraq doğurduğunu vurğulayıb. O, bildirir ki, ötən ilin yanvarı ilə müqayisədə xam neft ixracatında 2 dəfədən çox artım var:

Bu ilin yanvarında 3,5 milyon ton neft ixracı görsənir, amma ötən ilin müvafiq dövründə ixrac 1,5 milyon ton təşkil edib. Azərbaycanın öz istehsalı hesabına aylıq ixrac potensialı maksimum 1,8 milyon tondur. Bu halda ixracın həcmindəki artımın mənbəyi maraqlıdır. Neft ixracının həcmində belə kəskin artım ixracın dəyərində də əks olunub: ümumi ixrac məbləği 65%-dən çox (1,2 milyard dollar) artaraq 3 milyard dolları ötüb”.

Rövşən Ağayev vurğulayır ki, Avropa İttifaqına ixracın yüksəlməsi neft-qaz ixracındakı kəskin genişlənmənin hesabınadır. Onun sözlərinə görə, ötən ilin yanvarı ilə müqayisədə neft-qaz ixracının dəyəri 1,2 milyard dollardan çox artaraq 2,8 milyard dollara çatıb.

Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmli yanvarda ərzaq məhsullarının idxalındakı artımın səbəblərini “Gununsesi.info”-ya belə izah edib:

“Yeyinti, xüsusi ilə heyvandarlıq məhsullarının idxalında artım gözlənilən idi. Uzun illərdir ki, ölkədə heyvanların baş sayı azalır, istehsal olunan yemin həcmi azalır, maya dəyəri artır. Bu da istehsal olunan heyvandarlıq məhsullarının maya dəyərini yüksəldir. Nəticədə bizim o sahə ilə məşğul olan fermerlərin gəlirləri aşağı düşür və getdikcə bu sahə ilə məşğul olmaqdan imtina edirlər. Biz görürük ki, onların bir çoxu diri heyvanlarını kəsimə verib heyvandarlıqdan uzaqlaşırlar. Çünki bu sahədə ciddi problemlər var və onlar həllini tapmır. Bir neçə ildir Kənd Təsərrüfatı Nazirliyi istehsalda 1, 0.7 faiz artım göstərir. Bu əslində artım deyil. Nazirlik, DSK bu sahədə istehsalda müəyyən irəliləyişin olunduğunu göstərməyə cəhd edirlər, amma bu, əslində mövcud problemləri ört-basdır etməkdir. Vəziyyət acınacaqlı hala gəlib, qarşıda biz heyvandarlıq məhsullarının ölkəyə daha çox idxalının şahidi olacağıq. Həmçinin, dənli bitkilərin idxalında da artım görəcəyik. Bunlar ondan xəbər verir ki, DSK-nın məlumatları şişirdilərək saxtalaşdırılır və bu da özünü idxalın artımında göstərir”.

Mütəxəssis vurğulayır ki, hökumət bu sahədə radikal islahatlar aparmalıdır, xüsui ilə ciddi kadr dəyişikliklərinə ehtiuyac var. O, hesab edir ki, qeyri-peşəkarları gətirib bu sahəni onlara həvalə etmək yanlış siyasətdir: “Nazir aqronom olmalıdır, onun müavinlərindən biri də aqronom, biri zootexnik, digəri baytar həkim olmalıdır. Biz KTN-nin strukturlarına baxanda görürük ki, ümumiyyətlə peşəkar yoxdur, ixtisası olanların da diplomu var, amma təcrübəsi yoxdur, təşəbbüs irəli sürə bilmirlər”.

V.Məhhərrəmli qeyd edir ki, ümumiyyətlə KTN-nin nə işlə məşğul olması ona ta aydın deyil: “Azərbaycan nə istehsal edir? Son vaxtlar buğda ilə yanaşı, düyünün, qarğıdalının da idxalı da artıb”.

Ekspert hesab edir ki, qaldırdığı problemlər həllini tapmazsa, Azərbaycan ərzaq məhsulları təminatında tamamilə idxaldan asılı vəziyyətə düşəcək.

Neft-qaz sektoru sahəsi üzrə ekspert İlham Şaban isə “Gununsesi.info”-ya bildirib ki, neft satışında kəskin artımın səbəbi DGK-nın açıqladığı statistika ilə bağlıdır:

Komitə sayğac statistikasını deyil, mühasibatlıq rəqəmlərini açıqlayıb. Yəni ötən il, hətta daha əvvəlki illərdə bəyan edilmiş həcmi indi göstərirlər. Ona görə mən heç zaman gömrük statistikasını rəhbər tutaraq təhlil aparmağa çalışmıram. Ən yaxşısı Energetika Nazirliyi hər bir yataq, hər ixrac üzrə sayğac statistikasını açıqlayır”.

Ekspert problemlərdən biri kimi, DGK-da rəqəmsallaşmanın səviyyəsini göstərir: “Vüsal Qasımlıdan soruşmaq lazımdır ki, hökumət rəqəmsallaşmanın monitoqinqini sizə həvalə edib. Necə olur ki, başqa sahələrdə irəli gedirik, amma gömrükdə, mal və xidmətlərin, xüsusən enerjidaşıyıcılar üzrə geriqalmalar olur? Bunun səbəbi nədir? İndi poçt dövrü deyil ki, hər şey elektrondur. Niyə sayğac staistikası ilə bəyan edilmiş göstəricilər kəskin fərqlənir? İşləyə bilmirsiz, süni intelekt gətirin, onun üçün pulunuz yoxdursa, kredit alın. Bu necə ola bilər axı, dövlətin əsas sərvəti olan ixrac məhsulların reallıqdan fərqli təsvir edəsən”.

İlham Şaban daha bir maraqlı informasiya açıqlayıb: “Bundan başqa DGK prezidentə, hökumət başçısına məlumat verib ki, 12 ölkəyə qaz satırıq, amma 2024-cü ilin gömrük bəyannaməsində bu ölkələrin sayı 12 deyil, 6-dır, 6-sı yoxdur. Mən kənardan durub bunu səbəbini deyə bilmiərəm, amma Gömrük Komitəsinin məsul şəxsi varsa, dövlət qarşısında bu informasiyanın məsuliyyətini hiss edirsə, açıqlama verməlidir. Bu da əsas verir ki, Prezidentin, hökumətin aldadıldığını yazasınız”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Fevral 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri