Icma.az
close
up
RU
“Azərbaycanda GMO məhsullarının idxalı qanunvericilik çərçivəsində tənzimlənir” EKSPERT DANIŞDI

“Azərbaycanda GMO məhsullarının idxalı qanunvericilik çərçivəsində tənzimlənir” EKSPERT DANIŞDI

Icma.az bildirir, Sia Az portalına istinadən.

”Genetik modifikasiya olunmuş orqanizmlər (GMO) son illərdə kənd təsərrüfatında geniş müzakirə olunan və bir çox ölkədə tətbiq edilən texnologiyalardan biridir”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov SİA- ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda da bu sahə ilə bağlı müəyyən müşahidələr və müzakirələr mövcuddur:

”Ölkədə müxtəlif herbisidlərin, o cümlədən “Roundup” kimi məhsulların istifadəsi kənd təsərrüfatında bitki mühafizəsi məqsədilə həyata keçirilir. Bu preparatlar əsasən alaq otlarına qarşı mübarizədə tətbiq olunur və onların GMO texnologiyası ilə birbaşa əlaqəsi elmi olaraq hər zaman təsdiqlənmiş bir fakt deyil.

Elmi yanaşmalara görə, GMO və hibrid bitkilər xüsusi seleksiya və genetik seçim nəticəsində yaradılır və onların xüsusiyyətləri adi bitkilərdən fərqlənə bilər. Məsələn, bəzi hibrid toxumlar növbəti nəsildə eyni məhsuldarlığı verməyə bilər ki, bu da seleksiya prosesinin nəticəsi kimi izah olunur. Bu halın GMO ilə birbaşa eyniləşdirilməsi isə düzgün elmi yanaşma sayılmır və əlavə laborator araşdırmalar tələb edir.

Azərbaycanda GMO məhsullarının idxalı və istifadəsi qanunvericilik çərçivəsində tənzimlənir və bu sahədə dövlət nəzarəti mövcuddur. Qida təhlükəsizliyi ilə bağlı standartlar beynəlxalq prinsiplərə uyğun şəkildə tətbiq edilir və məhsulların keyfiyyətinə nəzarət həyata keçirilir.

Beynəlxalq səviyyədə GMO məsələsi həm elmi, həm də iqtisadi baxımdan geniş müzakirə olunur. BMT və digər təşkilatlar biomüxtəlifliyin qorunması və təhlükəsiz qida istehsalı ilə bağlı müxtəlif protokollar qəbul etmişdir. Lakin GMO texnologiyasının istifadəsi bir çox ölkədə məhsuldarlığın artırılması və kənd təsərrüfatının inkişafı məqsədilə də tətbiq edilir.

Ümumilikdə GMO mövzusu həm faydalar, həm də risklər baxımından elmi tədqiqatların davam etdiyi bir sahədir. Bu səbəbdən onun təsirlərini qiymətləndirmək üçün daha geniş və dəqiq laborator araşdırmaların aparılması vacib hesab olunur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Aprel 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri