Icma.az
close
up
RU
IEA: Qlobal kömür tələbatı sabit səviyyəyə çatıb, 2030 cu ilədək azalacağı proqnozlaşdırılır

IEA: Qlobal kömür tələbatı sabit səviyyəyə çatıb, 2030 cu ilədək azalacağı proqnozlaşdırılır

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 dekabr, AZƏRTAC

Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni bazar hesabatına görə, alternativ enerji mənbələri ilə rəqabətin güclənməsi fonunda qlobal kömür tələbatının 2030-cu ilədək azalacağı proqnozlaşdırılır. Bununla belə, Çinin elektrik sektorundakı inkişaflar kömürün gələcək perspektivləri üçün əsas olaraq qalacaq.

AZƏRTAC Beynəlxalq Enerji Agentliyinin “Kömür 2025” hesabatına istinadla xəbər verir ki, qlobal kömür tələbatı 2025-ci ildə 0,5 faiz artaraq 8,85 milyard tonla rekord həddə çatacaq. Bir neçə əsas bazarda istehlak modelləri son tendensiyalarından fərqlənib. ABŞ-da təbii qazın qiymətlərinin artması və kömür stansiyalarının bağlanmasını ləngidən siyasət tədbirləri nəticəsində, son 15 ildə azalma istiqamətində olan kömür istehlakı artıb. Avropa İttifaqında iki il davam edən ikirəqəmli azalmadan sonra kömür tələbatı yalnız cüzi şəkildə geriləyib. Çində isə kömür istifadəsi 2024-cü illə müqayisədə dəyişməz qalıb.

Lakin 2030-cu ilədək qlobal kömür tələbatının azalaraq 2023-cü il səviyyəsinə qayıdacağı proqnozlaşdırılır. Bərpaolunan enerji güclərinin sürətlə artması, nüvə enerjisinin davamlı genişlənməsi və mayeləşdirilmiş təbii qazın (LNG) bazara böyük həcmdə daxil olması fonunda kömür əsaslı enerji istehsalının 2026-cı ildən etibarən azalacağı gözlənilir. Sənaye sektorunda isə kömür tələbatının nisbətən dayanıqlı qalacağı bildirilir.

Hesabata əsasən, hazırda qlobal kömür istehlakının yarıdan çoxunu təmin edən Çində tələbatın onilliyin sonunadək cüzi azalacağı gözlənilir. Ölkə bərpaolunan enerji güclərini sürətlə artırmaqda davam edir və hökumət 2030-cu ilədək daxili kömür istehlakının aşağı həddə çatmasını hədəfləyir.

2030-cu ilədək kömür istehlakında ən böyük artımın Hindistanda baş verəcəyi gözlənilir. Burada tələbatın orta hesabla ildə 3 faiz və ümumilikdə 200 milyon tondan çox artacağı proqnozlaşdılır. Ən sürətli artım isə Cənub-Şərqi Asiyada gözlənilir – bölgədə kömür tələbatı 2030-cu ilədək ildə 4 faizdən çox artacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:24
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see263

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see230

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see219

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see209

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see154

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see140

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see135

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see129

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see128

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see124

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri