Icma.az
close
up
RU
Qlobal təbii qaz tələbatı rekord göstəriciyə çatıb

Qlobal təbii qaz tələbatı rekord göstəriciyə çatıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 31 avqust, AZƏRTAC

2025-ci ildə qlobal təbii qaz tələbatı əvvəlki illə müqayisədə 1,7 faiz (69 milyard kubmetr) artaraq rekord göstəriciyə - 4 trilyon 202 milyard kubmetrə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Qaz İttifaqı (IGU) və İtaliyanın “Snam” şirkəti tərəfindən hazırlanan “Qlobal qaz hesabatı 2026”da deyilir.

Bildirilir ki, bu artımda əsas pay Asiya, Yaxın Şərq və Avropaya düşüb. Ötən il Asiyada qaz tələbatı əvvəlki ilə nisbətən 25 milyard kubmetr artıb. Elektrik enerjisi istehsalında, yaşayış və kommersiya istehlakında artımlar regionda təbii qaz tələbatının ümumi artımının təxminən 64 faizini təşkil edib. Bu artımın əhəmiyyətli hissəsi Şərqi Asiya və Cənub-Şərqi Asiyada baş verib. Yaxın Şərqdə isə təbii qaz tələbatı illik müqayisədə 2,9 faiz və ya 18 milyard kubmetr artıb. Regiondakı artım xüsusilə sənaye və elektrik enerjisi sektorunda qaz tələbatı ilə əlaqədar olub. Sənayedə qaz tələbatı ötən il əvvəllki ilə görə 9,5 faiz və ya 15 milyard kubmetr, elektrik enerjisi sektorunda isə 4,2 faiz və ya 11 milyard kubmetr artıb.

Hesabata görə, keçən il Avropada təbii qaz tələbatı 2,3 faiz və ya təxminən 10 milyard kubmetr artıb. Qitədə ilin əvvəlində müşahidə olunan soyuq hava şəraiti və qış aylarında külək enerjisi istehsalının aşağı olması elektrik enerjisi istehsalında təbii qazdan istifadəni artırıb. Avropada elektrik enerjisi istehsalında təbii qazdan istifadə 9 milyard kubmetr artıb.

Afrikada təbii qaz tələbatı 6 milyard kubmetr, Şimali Amerikada isə 5 milyard kubmetr artıb. Şimali Amerikada yaşayış və kommersiya istehlakı 21 milyard kubmetr, sənaye istehlakı 2 milyard kubmetr artıb, elektrik enerjisi istehsalı üzrə qaza tələbat 18 milyard kubmetr azalıb. Ötən il Cənubi Amerikada qaz tələbatında 4 milyard kubmetr və Rusiyada 3 milyard kubmetr artım müşahidə olunub, tələbatın azaldığı yeganə bölgə isə Okeaniya olub.

Bundan başqa, il ərzində sektorlara görə yaşayış və kommersiya istehlakında 32 milyard kubmetr artım müşahidə olunub. Bu, qlobal təbii qaz tələbatında ən yüksək mütləq artımı təmsil edir. Şimali Amerikada soyuq qış şəraiti bu artıma öz töhfəsini verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Avqust 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri