İƏT çərçivəsində ilk dəfə Qərbi Azərbaycanla bağlı qətnamə qəbul edildi
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 23 iyun, AZƏRTAC
İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının yekununda “İstanbul Bəyannaməsi”, habelə ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib. Sessiya zamanı Qərbi Azərbaycan İcması ilə bağlı qətnamənin qəbul edilməsi xüsusilə əlamətdar hadisə hesab olunur. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə olaraq qəbul olunan “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə təşkilata üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur. Həmçinin, Ermənistan tərəfindən İcmanın hüquqlarının inkar olunması qınanılır.
AZƏRTAC mövzu ilə bağlı videomaterialı təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 23 İyun 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















