Icma.az
close
up
RU
İƏT həftəsi çərçivəsində ilk dəfə...

İƏT həftəsi çərçivəsində ilk dəfə...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Laçında Qadınlar Forumu keçirildi

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Qadınlar Forumu keçirilir. Tədbir Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə “İƏT Həftəsi” çərçivəsində baş tutur.

Forumun əsas məqsədi qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması üçün İƏT ölkələri arasında sektorlararası əməkdaşlığı təşviq etməkdir. Tədbirdə iqlim davamlılığı üçün insan inkişafında qadınların rolu, təhsil vasitəsilə qızlar və qadınlar üçün imkanların artırılması, rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi və digər mövzular müzakirə olunub.

Qadının iqtisadi müstəqilliyi olmadan...

Forumda çıxış edən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil. Onun sözlərinə görə, qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunması cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisidir: “İnanırıq ki, qadının iqtisadi müstəqilliyi olmadan onun sosial və siyasi güclənməsindən danışmaq mümkün deyil. Odur ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və müsbət təcrübəsini də paylaşmağa hazırdır”.

Ölkəmiz ciddi nəticələr əldə edib...

B.Muradova bildirib ki, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün güzəştli maliyyə alətləri, bacarıqların artırılması proqramları, kənd yerlərində qadın əməkdaşlığını gücləndirən kooperativ modellər geniş vüsət alıb: “Eyni zamanda, qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ölkəmiz ciddi nəticələr əldə edib. Gənc qadın alimlərimiz, təşəbbüskar sahibkarlarımız, müəllim və mühəndislərimiz cəmiyyətin lokomotivinə çevrilməkdədir. Laçın da daxil olmaqla işğaldan azad edilmiş ərazilərimizdə qadınların bilavasitə iştirakı ilə reallaşan sosial-iqtisadi layihələr bu siyasətin praktik nəticəsidir”.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, ECO müstəvisində də qadınların dayanıqlı inkişafı üçün əməkdaşlığın tərəfdarıdır. O, qeyd edib ki, ECO Qadınlar Forumu bu baxımdan mühüm bir mexanizm ola bilər: “Bu çərçivədə qadınların regional iqtisadi layihələrdə iştirakını təşviq edə bilərik. Həmçinin təhsil və rəqəmsal bacarıqlar üzrə ortaq təşəbbüslər yaradaraq gənc qadın liderlər üçün yeni platformalar açan bir əməkdaşlıq mərkəzi ola bilərik”.

B.Muradova Qadınlar Forumunun 2025-ci ildə başa çatan ECO-nun Baxış sənədinin davamı kimi və 2026-2035 dövrünü əhatə edəcək yeni inkişaf strategiyasının işlənib hazırlanmasında mühüm rol oynaya biləcəyini vurğulayıb.

Bu qadağa xoşagəlməz hadisələri azaldacaq

B.Muradovanın sözlərinə görə, qohum evliliyi qadağası bu vaxtadək baş verən bir çox xoşagəlməz hadisələrin azalmasına gətirib çıxaracaq. O, qeyd edib ki, prosesi tənzimləməyə cavabdeh qurumların əlaqəli fəaliyyəti, o cümlədən medianın dəstəyi, ictimai rəyi formalaşdıran insanların iştirakı və töhfəsi faydalı olacaq: “Artıq qohum evlilikləri ilə bağlı qanunazidd əməl mütləq şəkildə məsuliyyət yaradır. Daha əvvəl maarifləndirmə ilə məşğul olurduqsa, indi konkret qadağaları əsas gətiririk. Bu əməli törədənlər, qanunun müəyyən etdiyi normanı nəzərə almayanlar mütləq şəkildə cəzalandırılacaqlar”.

“Təhsilli qadın təhsilli cəmiyyət deməkdir”

Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov bildirib ki, Azərbaycanda təhsil alan tələbələrin 51.2 faizi qızlardır. O, qeyd edib ki, təhsilli qadın təhsilli ailə, təhsilli ailə isə təhsilli cəmiyyət deməkdir: “Fond gənc qızların təhsilinə dəstək üçün 1.2 milyon manat vəsait ayırıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirilən bu layihə sayəsində son iki ildə 350 gənc qız təhsil alıb. Bu özəl və dövlət sektorlarının birgə fəaliyyətinin nəticəsidir. Azərbaycanda 1.6 milyon şagird var və onların 62 faizi qızlardır. Peşə təhsilində qızların iştirakı isə 36 faizdir. Elm və Təhsil Nazirliyi bunu 40 faizə çatdırmağı hədəfləyir”.

Fondun sədri xatırladıb ki, qadınların təhsilə cəlb edilməsində əsas məsələ maliyyə problemidir: “Yəni, ailələr maliyyə imkanlarını daha çox oğlan övladlarının təhsilinə yönəldir. Bu səbəbdən də Azərbaycanda Təhsil Kredit Fondu yaradılıb. Azərbaycanda 26 mindən artıq qız təhsil kreditindən istifadə edib”.

Qadınlar iqtisadi sahədə aktiv olmalıdır

ECO baş katibinin müavini Silapberdi Nurberdiyev qeyd edib ki, qadınların rəqamsal bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılmalıdır. Onun sözlərinə görə, ECO gender bərabərliyi istiqamətində mühüm addımlar atır: “Təşkilat qadınların dəstəklənməsi istiqamətində israrlıdır. Çünki qadınlar mühüm qərarların qəbul olunmasında vacib rol oynayır. Buna görə də onlar iqtisadi sahədə aktiv olmalıdır”.

O, əlavə edib ki, forum qadının güclü iqtisadi cəmiyyətin qurulmasında oynadığı rolu bir daha ortaya çıxaracaq: “Biz iqlim problemlərin həllində qadınlara imkan yaratmalı və yaşıl iqtisadiyyatda onlara fürsət tanımalıyıq. Həmçinin elm və texnologiya sahəsini inkişaf etdirməliyik.

ECO rəsmisi vurğulayıb ki, təkcə ənənəvi deyil, müasir sahələrdə də qadınlara dəstək göstərilməlidir: “Məsələn, texnologiya sahəsində də addımlar atılmalıdır. Bununla bağlı planlarımız hazırdır. Mədəniyyət və idman sahəsində də qadınların mövqeyini daha da gücləndirməliyik. Biz düzgün maliyyələşdirməni təmin etməli, real fəaliyyət keçməliyik. Qadınlar arasında rəqamsal bacarıqlar daha geniş yayılmalıdır”.

Əsas problem maliyyədir...

BMT Baş katibinin müavini, BMT Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiah Alisjahbana bildirib ki, qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir. Onun sözlərinə görə, qlobal maliyyələşmə mexanizmi elə tərtib edilməlidir ki, bu, qadınlar üçün əlçatan olsun: “Son illərdə 90 milyon dollar vəsait ayıraraq qadınlara dəstək göstərmişik ki, onların qlobal bazarlara çıxışı olsun. Ümid edirəm ki, forum çərçivəsində yeni maliyyə mənbələri müəyyən etmək mümkün olacaq. Qadınlara rəhbər imkanlar yaratmalı və bundan yararlanmalıyıq. Bu il bizim ikinci sessiyamız keçiriləcək və Azərbaycan orada əsas təşkilatçılardandır”.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyul 2025 07:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see330

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see290

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see226

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see205

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see201

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see196

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see193

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see192

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see190

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see186

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see181

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see180

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see178

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see170

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see169

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see161

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see160

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see160

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see150

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri