İƏT dən dəstək mesajı: Azərbaycanın yanındayıq!
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İranın Azərbaycan ərazisində Naxçıvana dron hücumlarını pisləyib.
Modern.az xəbər verir ki, bu barədə İƏT “X” hesabında bəyanat dərc edib.
“Baş katiblik mülki infrastruktura endirilən zərbələri və dinc sakinlərin həyatı üçün təhlükə yaradılmasını pisləyir.
Bu, Azərbaycanın suverenliyini pozur, onun təhlükəsizliyinə və sabitliyinə təhlükə yaradır. Azərbaycanla tam həmrəyliyimizi təsdiqləyir və suverenliyin, təhlükəsizliyin və sabitliyin qorunması məsələsində onun yanındayıq”.
Təşkilat vurğulayıb ki, üzv dövlətlərə endirilən zərbələr və ya onların təhlükəsizliyinə hədə beynəlxalq hüququn prinsiplərini pozur və mehriban qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlərin əsaslarına ziddir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 05 Mart 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















