Həmişə Azərbaycanın yanındayıq Şahbaz Şərif
Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Zəfər Gününün altıncı ildönümü münasibətilə əziz qardaşım, Prezident İlham Əliyevi və Azərbaycanın cəsur, qardaş xalqını səmimiyyətlə təbrik edirəm.
Adalet.az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
O qeyd edib ki, 8 Noyabr, təxminən otuz ildən sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur.
“Bu zəfəri mümkün edən şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq. Pakistan o zaman da Azərbaycanın yanında olmaqdan qürur duyurdu, bu gün də, həmişə də Azərbaycanın yanındayıq.
Ötən il Bakıda keçirilən və Prezident İlham Əliyevlə birlikdə iştirak etmək şərəfinə nail olduğum Zəfər Günü paradı xalqlarımız arasındakı sarsılmaz dostluq tellərini əyani şəkildə nümayiş etdirib.
Qoy Azərbaycan daha da güclənsin və inkişaf etsin, Cənubi Qafqaz isə davamlı sülhə və ortaq rifaha doğru irəliləsin!”, - deyə paylaşımda vurğulanıb.
Baxış sayı:103
Bu xəbər 08 Noyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















