Icma.az
close
up
RU
İƏT in 17 ci iclasının Xankəndidə keçirilməsi mühüm əhəmiyyət daşıyır RƏY

İƏT in 17 ci iclasının Xankəndidə keçirilməsi mühüm əhəmiyyət daşıyır RƏY

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi sammiti tarixi əhəmiyyət daşıyır, ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İƏT həftəsi keçirilir.

Bunu Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu çərçivəsində keçirilən paneldə Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov bildirib.

XİN-in idarə rəisi deyib ki, ilk dəfə çoxtərəfli iştirak da təmin olunub: “Gəncləri, qadınları və biznes nümayəndələrinin forumu keçiriləcək. Gənclər, qadınlar və biznes nümayəndələri də İƏT sənədlərinin hazırlanmasında iştirak etməlidir. İƏT-in elm və təhsil fondları da aktiv fəaliyyət ortaya qoya bilərlər”.

Qeyd edək ki, iyunun 3-4-ü Xankəndidə İƏT-in 17-ci zirvə toplantısı keçiriləcək.


Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov Sherg.az-a bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildən fəaliyyət göstərir:

"Həqiqətən də bu, ciddi və çoxşaxəli bir beynəlxalq qurumdur. Təşkilat sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, infrastruktur, ictimai işlər, elm, təhsil, mədəniyyət, energetika, narkotik maddələrin yayılmasının qarşısının alınması, iqlim dəyişikliyi və ətraf mühitlə bağlı məsələlərin tənzimlənməsi sahələrində fəaliyyət göstərir. Bu məqsədlə müxtəlif texniki komitələr yaradılıb və üzv ölkələr arasında qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilir. Bu sahələrdə əməkdaşlıq təşviq olunur. Təşkilatın əsas prioritetlərindən biri BMT-nin Dayanıqlı İnkişaf Məqsədləridir. Məlum olduğu kimi, ötən il İƏT-in 16-cı iclası Özbəkistanın paytaxtı Daşkənddə keçirilmişdi. Növbəti -17-ci iclasın isə Azərbaycanda, işğaldan azad olunmuş bölgələrdən biri olan Xankəndidə keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu, üzv ölkələrin Azərbaycandakı yenidənqurma və infrastruktur layihələrinin həyata keçirilməsi ilə tanış olması, eyni zamanda bu sahədə əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".


Ekspert əlavə edib ki, iclasın əsas müzakirə mövzularından biri kimi xüsusilə iqlim dəyişikliyi və davamlı inkişafla bağlı məsələlər gündəmə gətirilib:

"Üzv ölkələr arasında bu sahələrdə təcrübə mübadiləsi, bir-birinə texniki dəstək göstərilməsi və müxtəlif sənədlərin, o cümlədən əməkdaşlığa dair sazişlərin imzalanması nəzərdə tutulub. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına bu cür beynəlxalq əməkdaşlıq platformalarının fəaliyyəti müsbət təsir göstərir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyul 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri