Icma.az
close
up
RU
İƏT in sammitinin Bakıda keçirilməsi təşkilatın Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirəcək Ekspert rəyi

İƏT in sammitinin Bakıda keçirilməsi təşkilatın Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirəcək Ekspert rəyi

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 may, AZƏRTAC

Bildiyimiz kimi, cari ilin iyun ayında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO və ya İƏT) sammiti Bakı şəhərində keçiriləcək. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan-ECO əməkdaşlığını daha da dərinləşdirəcək. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına 1992-ci ildə üzv olub. Təşkilatın əsas məqsədi ortaq din və mentalitet birliyi olan üzv ölkələrin iqtisadi əməkdaşlığını artırmaqdır. Hazırda təşkilata 10 ölkə daxildir. Azərbaycanın təşkilata üzv olan ölkələrlə iqtisadi-ticari əlaqələri artan dinamika üzrə inkişaf etməkdədir. Belə ki, 2024-cü ilin göstəricilərinə görə, qardaş Türkiyə ilə olan iqtisadi ticarət həcmi 7,9 milyardı keçib. Ticarət həcmi Azərbaycanın bu ölkələrlə olan toplam ticarət dövriyyəsinin 77 faizini təşkil edir. Digər ölkələrin də payı məhz qonşuluq prinsipi üzrə bölünüb. Məsələn İranla ötənilki ticarət dövriyyəmiz 647 milyon dollar olub ki, bu da İƏT üzvləri ilə ticarət dövriyyəmizin 8,9 faizinə bərabərdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Samir Heydərov söyləyib.

O bildirib ki, ötən il Qazaxıstanla illik ticarətimiz 470 milyon dollar və ya təşkilatdaxili toplam ticarətimizin 6 faizinə bərabər olub. Digər yaxın qonşumuz Türkmənistanla illik ticarət dövriyyəmiz isə 384 milyon dollar və ya ümumi dövriyyənin 4,9 faizinə bərabərdir. Özbəkistanla Azərbaycan arasında 2024-cü il üçün ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 40 faiz artaraq 252 milyon dollara yüksəlib. 2024-cü ildə Pakistan ilə ticarət dövriyyəmiz 22 milyon, Əfqanıstanla 800 min, Tacikistan ilə 7 milyon, Qırğızıstan ilə 4 milyon dollar olub.

“Göründüyü kimi, təşkilata üzv olan bir çox ölkələrlə ticarət dövriyyəmiz mövcud potensialı əks etdirmir. Buna da səbəb kimi qeyd olunan ölkələrdə logistika və nəqliyyat infrastrukturunun inkişaf etməməsi, enerji sahəsində investisiyaların qıtlığı və geosiyasi risklər ola bilər. Bu ölkələr çox nadir metallarla zəngindirlər. Əfqanistan litium, nikel, kobalt, mərmər və nadir metallarla zəngindir ki, bu gün həmin metallardan yüksək texnoloji məhsulların istehsalında istifadə olunur. Əfqanistan litium yataqlarına malik olmaqla hər zaman böyük güclərin diqqətini cəlb edib. Əbəs yerə bu ölkəni litiumun Səudiyyəsi adlandırmırlar. Litium bu gün litium-ion batareyalarının hazırlanmasında əsas maddə kimi istifadə olunur. Bu nadir sərvətin enerji saxlamaq qabiliyyəti var. Tacikistanda qızıl, gümüş, uran yataqları, alüminium oksid, civə və sair var. Qırğızıstan isə qızıl və gümüşlə yanaşı, polimetallarla zəngindir. Bir sözlə, region çox zəngin təbii sərvətlərə malikdir ki, bu da iqtisadi ticarət əlaqələrimizin yeni səviyyəyə yüksəlməsində nəzərə alına bilər”, - deyə S.Heydərov vurğulayıb.

Ekspert qeyd edib ki, litium gələcəkdə texnologiyada, enerjidə, nəqliyyatda yanacaq kimi istifadə olunacaq. Yəni, nefti əvəz edəcək.

Bir sözlə, litiumsuz yaşıl enerjiyə keçid qeyri-mümkündür. Bu gün Ukraynada müharibənin alt qatında duran əsas səbəblərdən biri litium uğrunda mübarizədir. Çünki Ukrayna Avropada ən böyük litium yataqlarına malikdir. Necə ki, XX əsrin əvvəlində ölkələr neft uğrunda müharibə aparırdılar, indi də savaşların litium yataqları üzərində olduğunu müşahidə edirik.

Bu istiqamətdə Ələt Azad İqtisadi Zonasında Çinin BYD şirkəti ilə birgə elektrik batareyalarının istehsalı zavodunun tikintisi planlaşdırılır. Bununla da, gələcəkdə litiumun emalını əhatə etməklə istehsal zəncirində yeni bir mərhələnin əsasının qoyulması nəzərdə tutulur.

“Azərbaycan regional iqtisadi əməkdaşlığın dərinləşməsində maraqlıdır. Burada xüsusilə Prezident İlham Əliyevin uğurlu xarici diplomatiyasının mühüm istiqamətlərindən biri olan mehriban qonşuluq siyasətinin nəticələrini qeyd etmək lazımdır. İyunda keçiriləcək sammitdə də bu məsələlər müzakirə olunacaq və əməkdaşlığın yeni mərhələyə keçməsi üçün vacib məsələlərin həlli istiqamətində mühüm addımlar atılacaq”, - deyə Samir Heydərov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri