Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Enerji Həftəsi çərçivəsində “3+3” platforması: Enerji əməkdaşlığı Cənubi Qafqazda sülh və təhlükəsizliyin dayağı kimi” adlı dəyirmi masada çıxış edən Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru Eduard Martirosyan bildirib.
O, Ermənistanın qonşu ölkələrlə enerji əməkdaşlığı perspektivlərindən danışıb. Azərbaycan haqqında danışarkən, artıq baş tutmuş yanacaq tədarüklərini xatırladıb və gələcəkdə elektrik enerjisi tədarükünün də mümkün olduğu fikrini bildirib.
“Ermənistan qonşu ölkələr-İran və Gürcüstan və perspektivdə Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir”, - deyə erməni spiker qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 16 Oktyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















