İƏTin Baş katibi Azərbaycana səfərə gəlib
Icma.az bildirir, Gununsesi portalına istinadən.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Gununsesi.info xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İƏT-in Baş katibini elm və təhsil nazirinin müavini Həsən Həsənli və digər rəsmi şəxslər qarşılayıblar.

İƏTin Baş katibi Azərbaycana səfərə gəlib
12 Noyabr 2024 13:08

