Icma.az
close
up
RU
İfaçı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar Xocalı soyqırımında zərərçəkən

İfaçı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar Xocalı soyqırımında zərərçəkən

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

İyulun 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycan ərazilərinin vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilir.

"Unikal" xəbər verir ki, zərərçəkmiş şəxs - Xocalı sakini Fərman Məmmədov ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımından bir gün sonra, fevralın 27-də girov götürüldüyünü bildirib. Həmin vaxt 10 yaşı olan zərərçəkmiş girov götürülən zaman bir nəfərin güllələnməsinin şahidi olduğunu söyləyib. Onlar 10 gün girovluqda saxlanılıb. Həmin müddətdə özü də daxil olmaqla, azərbaycanlı girovlar döyülüb, işgəncələrə məruz qalıblar.

Zərərçəkmiş Valeh Hüseynov qohumları ilə Xocalıda yaşadığını, soyqırımı zamanı güllə yarası alaraq girov götürüldüyünü deyib. Hadisə barədə danışan Valeh Hüseynov bildirib ki, həyat yoldaşı Ermənistan silahlı qüvvələri tərəfindən güllələnərək qətlə yetirilib. O, həyat yoldaşının meyitini qoyub getməyib. Nəticədə yaralanıb və girov götürülüb.

Həmçinin soyqrımı zamanı mülki şəxslərin qarşısının hərbi texnika ilə kəsilməsinin, onların atəşə tutulmasının, öldürülməsinin şahid olduğunu bildirib. Deyib ki, Əsgəranda girovluqda olarkən ona və digər girovlara işgəncə verilib. Gitara ifaçısı olduğunu biləndən sonra kəlbətinlə onun dırnaqları çıxarılıb, barmaqları sındırılıb, əli sobaya salınıb. Ona və digər girovlara işgəncə verənlərdən Manvel, Qarik, Slavik və digərlərinin adlarını xatırlayır.

İyirmi yeddi gündən sonra Azərbaycana təhvil verilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 İyul 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri