Icma.az
close
up
RU
Muğam bilicisi, ustad ifaçı

Muğam bilicisi, ustad ifaçı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Beynəlxalq Muğam Mərkəzində “Nadir muğam ifaçıları” layihəsi çərçivəsində muğam sənətinin dərin bilicisi və sevilən xanəndə, Xalq artisti Hacıbaba Hüseynovun xatirəsi ehtiramla anılıb.

BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə rəhbərlik etdiyi sənət məbədində mütəmadi olaraq ustad xanəndələrin, muğam ifaçılarının xatirəsinə həsr olunan tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O deyib ki, Azərbaycan muğam və qəzəl sənətinə əvəzsiz töhfə verənlərdən biri də Hacıbaba Hüseynov olub. Görkəmli sənətkarın yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olub və muğam ifaçılığında geniş yayılıb: “Hacıbaba Hüseynov xalq yaradıcılığına da böyük diqqət verib. Azərbaycanın müxtəlif bölgələrində, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib, beləliklə, xalqdan topladığını yeniləmiş şəkildə xalqa qaytararaq bu sənət əsərlərinin tanınmasına və sevilməsinə zəmin yaradıb”.

Mərasimdə Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov, Əməkdar artist Mirnazim Əsədullayev Hacıbaba Hüseynovla bağlı xatirələrini bölüşüblər.   Bildirilib ki, Azərbaycan muğam məktəbinin təbliği və inkişafında Hacıbaba Hüseynovun özünəməxsus yeri var. “Rast” muğamının “Üşşaq”, “Hüseyni”, “Novruzi ravəndə”, digər muğamlarda olan “Şah Xətai” şöbələrinin ilk ifaçısı o olub. Hacıbaba Hüseynovun təşəbbüsü ilə “Bayatı Şiraz”  muğamının “Dilrüba” şöbəsi dərsliyə əlavə olunub.

Natiqlər, həmçinin gənc muğam ifaçılarının yetişməsi istiqamətində bir müəllim kimi Hacıbaba Hüseynovun yorulmaz qeyd ediblər.

Xalq artisti Teyyub Aslanov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, BMM-nin solistləri Hüseyn Məlikov, Məmməd Nəcəfov, xanəndə Elbrus Niftəliyev 105 yaşlı unudulmaz sənətkarın repertuarından rəngarəng ifalar təqdim edib, könülləri oxşayıblar. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə BMM-nin solistlərindən ibarət instrumental heyət, Əməkdar artist Əliağa Sədiyevin rəhbərliyi ilə “Xarıbülbül” muğam qrupu və Əməkdar artist Emil Əfrasiyab müşayiət ediblər.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see274

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see241

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see239

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see225

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see220

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see220

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see216

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see208

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see205

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see203

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see200

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see197

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see197

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see196

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see193

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see192

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see179

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see167

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri