Icma.az
close
up
RU
İflasdan qaçış yolu: avantüradan uzaq durmaq

İflasdan qaçış yolu: avantüradan uzaq durmaq

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Nikol Paşinyan seçki mübarizəsinin konseptual məqamlarını açıqladı

Tam qətiyyətlə demək olar ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə sonundakı canlı “Facebook” çıxışı ölkənin ictimai-siyasi həyatına damğasını vurdu. Hökumət rəhbəri nitqi ilə bu ilin yayında keçiriləcək parlament seçkilərində mübarizə trayektoriyasını müəyyənləşdirdi. Yəni mübarizənin hansı qüvvələr arasında gedəcəyinin mesajını verdi. Aydındır ki, mesaj xalqa ünvanlanmışdı.

Deməli, Paşinyan “Facebook”dakı çıxışı ilə şərti olaraq iki qütb formalaşdırdı. Birincisi, özünün rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının timsalında sülh tərəfdarları, ikincisi, tərkibi “eks”lərdən, xırda-para müxaliflərdən və kilsədən ibarət barışa zidd mövqedə dayanan kəsim. Nikol, faktiki olaraq, xalqın bu iki kəsim arasında seçim etməli olduğunu bəyan etdi.

Əvvəla, Paşinyan kifayət qədər tədbirli davranır. Nəzərə alaq ki, o və tərəfdarlarının qarşıdakı seçiyə fokuslanaraq irəli sürdükləri tezislər tutarlıdır və erməni ictimai rəyində adekvat reaksiyalar doğurur. Yəni nəticəyə ümid bəsləmək mümkündür. Hərçənd, arxayınlaşmaq olmaz və bunu ən yaxşı dərk edən Nikolun özüdür.

İkincisi, Paşinyanın xalq qarşısında sülh və müharibə dilemmasını müəyyənləşdirməsi konseptual məqamdır. Çünki Ermənistanda onun rəhbərlik etdiyi cinaha əks mövqe tutan revanşist və şovinistlər var. O revanşist və şovinistlər ki, illərlə avantüra girdabında boğulmuş erməni cəmiyyətini manipulyasiya etmək, onda hansısa fövqəladə intiqam hissləri formalaşdırmağa cəhd göstərirlər. Bu sayaq cəhdləri nüvəsini isə “Artsax” sərsəmləməsi təşkil etməkdədir.

“Artsax”dan söz düşmüşkən, N.Paşinyanın “Facebook” çıxışındakı fikirləri, obrazlı desək, nöqtə atəşidir. O, mübarizənin iki qütb arasında olduğunu bildirməklə, sülh və müharibə dilemması müəyyənləşdirməklə həm rəhbərlik etdiyi kəsimin barış gündəliyini ortaya qoyur, həm də barışa zidd düşərgənin iki mühüm tutacaq yeri üzərində dayanır. Birincisi, barəsində söz açdığımız “Arsax” sərsəmləməsidir. Bu mənada, üzərində dayanılmalı ikinci məqam sözügedən sərsəmləmənin çıxış nöqtəsi olan, özündə işğalçılıq və təcavüz ritorikasını daşıyan istiqlal bəyannaməsidir.

Beləliklə, Paşinyan bildirib ki, istiqlal bəyannaməsi, əslində, müstəqillik deyil, münaqişə haqqındakı sənəddir. Yeri gəlmişkən, Nikol ötən həftə bu deyimi iki dəfə gündəmə gətirdi. İkinci dəfə “Facebook” yayımında, birinci dəfə isə keçirdiyi brinfinq zamanı. Əslində, Nikol siyasi baxımdan düzgün qərar verdi. Yəni eyni məsələnin üzərinə dalbadal getməklə, ictimai rəyi onun üzərinə cəmləşdirdirdi. Paşinyan, həmçinin istiqlal bəyannaməsinin yolverilməzlik məntiqini “eks”lərin və partiyasına qarşı çıxan digərlərinin tutacaq yeri kimi xarkerizə etdi. Paşinyan təxminən bunu bildirdi: bizə qarşı çıxanlar Ermənistan üçün fəlakət arzulayanlardır.

Əlqərəz, N.Paşinyan açıq şəkildə vurğuladı ki, “Mülki müqavilə” partiyası yeni konstitusiyada istiqlal bəyannaməsinə hansısa istinadın yolverilməzliyini bəyan edən yeganə siyasi qüvvədir. “Çünki bu, münaqişə bəyannaməsidir və onunla biz vətəndaşlarımızın rifahını və azadlığını təmin etmək üçün yox, əksinə, Dağlıq Qarabağ və Qərbi Ermənistan üçün dövlət yaradırıq”, – deyən baş nazir məsələnin cəmiyyət tərəfindən çox aydın dərkinin vacibliyini önə çəkdi: “Biz bu qərarı aydın şəkildə qəbul etməliyik. Xüsusilə nəzərə alaq ki, hazırda siyasi meydan, faktiki olaraq, aşağıdakı məntiq çərçivəsində formalaşır: bir tərəfdə Qarabağ hərəkatını davam etdirməməli olduğumuzu deyən sülh partiyası, digər tərəfdə isə birbaşa və ya dolayı şəkildə Qarabağ hərəkatını davam etdirməli olduğumuzu iddia edən müharibə partiyası”.

Ümumən, Paşinyanın erməni cəmiyyətindəki vacib problemin üzərinə getdiyini söyləmək mümkündür və bu, müsbət haldır. Baş nazir sadə vətəndaşlara səslənərək, onların yayda son dərəcə taleyüklü qərara imza atmalı olduqlarının mesajını verir, bir növ, məsuliyyətli davranmaq çağırışı edir. Hazırda revanşist və şovinistlər isə hökumət rəhbərinin xalqı müharibə ilə qorxutmağa başladığına dair rəy formalaşdırmağa çalışırlar.

Qeyd edək ki, Ermənistanda revanşist və şovinist ab-hava özünü göstərsə də, həmin ab-havanın, bilavasitə yeni müharibə ritorikası cəmiyyət tərəfindən dəstəklənmir. Erməni cəmiyyətində revanşizm və şovinizm daha çox bu təmayülə hansısa kənar qüvvənin siyasi və hərbi yatırım etməsi üzərindədir. Eynilə I Qarabağ müharibəsindəki kimi. Paşinyan isə fikirləri ilə sadə erməniləri məsiliyyətli qərar verməyə səsləməklə tarixin təkrarlanma ehtimalının mümkünsüzlüyünü vurğulayır: “Heç kim bu seçimdən qaça bilməyəcək: əgər biz Qarabağ hərəkatını davam etdirsək, bizi müharibə gözləyir, etdirməsək, sülh. Sülh hər gün daha da möhkəmlənəcək, Ermənistan Respublikası hər gün daha da güclənəcək və mən bu hərəkatın başındayam. Kim razıdırsa, ardımca gəlsin”.

Ən əsası, N.Paşinyan bunu bildirib: “Biz “Artsax respublikası” və ya “Artsax məsələsi” haqqında danışanda başa düşməliyik ki, bu sözün müəyyən mənası və nəticələri var. Bu ifadələrin harada səsləndirilməsinin fərqi yoxdur. İstər kilsədə, istər elmi mühitdə, istərsə də ictimai məntiq çərçivəsində. Bu, gec-tez qaçılmaz şəkildə münaqişəyə gətirib çıxarır. Mən bəyan edirəm ki, bütün ermənilərin katolikosu II Qaregin (Ktiriç Nersisyan) açıq şəkildə müharibə partiyasının rəhbərliyini öz üzərinə götürüb. Digərləri – Robert Koçaryan, Levon Ter-Petrosyan, Serj Sarkisyan (Ermənistanın eks prezidentləri – red.) və başqaları bu məntiqə uyğun hərəkət edirlər. Biz aydın seçim etməliyik: Qarabağ hərəkatını davam etdirək, yoxsa yox. Əgər davam etdirsək, bu, yeni müharibə demək olacaq, başqa cür mümkün deyil. Xalq seçkilər vasitəsilə bəyan etməlidir ki, Qarabağ hərəkatını davam etdirəcək, yoxsa yox. “Mülki müqavilə” partiyası Qarabağ hərəkatını davam etdirməməli olduğumuzu açıq bildirən yeganə siyasi qüvvədir, buna bənzər başqa bir qüvvə yoxdur”.

Sonda bir məqamı vurğulayaraq deyək ki, N.Paşinyanın ötən həftə “Facebook” çıxışı həm də Ermənistan üçün sülh ritorikasının uca səslə bəyan edilməsi idi. Mövcud ritorikanın xalqa mesaj mahiyyətini vurğuladıq. İkinci mahiyyət isə Nikolun beynəlxalq ictimaiyyətə, o cümlədən onun hakimiyyətinə dəstək verənlərədir. Yəni ikinci kəsim Ermənistanda yayda keçiriləcək parlament seçkilərinə hazır olmalıdır. Çünki Paşinyan iqtidarının seçki marafonundakı mümkün uğursuzluğu ilə sıradan çıxacaq sülh erməni dövləti adına hər şeyin iflasıdır. Başqa sözlə desək, bu dövlətin var olub-olmamasına xaricdən də qərar verilməli, inad göstərilməlidir.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Mart 2026 02:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri