Icma.az
close
up
RU
İğdır Naxçıvan qaz kəməri: iqtisadi layihə siyasi baxımdan da əhəmiyyətlidir

İğdır Naxçıvan qaz kəməri: iqtisadi layihə siyasi baxımdan da əhəmiyyətlidir

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


“Azərbaycan və Türkiyə arasında yeni qaz layihəsinin reallaşması, bunun nəticəsində Naxçıvanın mavi yanacaqla təmin edilməsi çoxdan gözlədiyimiz bir iş idi və təqdirəlayiq hadisədir. Əlbəttə, mən bunun maddi tərəfini - Naxçıvanın təbii qazla təmin edilməsini yüksək qiymətləndirirəm. Amma bu layihənin siyasi əhəmiyyəti də var”.

Bunu Reyting.az-a Azərbaycanın sabiq dövlət müşaviri, professor Qabil Hüseynli dünən açılışı olan İğdır-Naxçıvan qaz kəmərinin əhəmiyyətindən danışarkən bildirib.
Onun sözlərinə görə, adıçəkilən layihənin reallaşması Azərbaycan-Türkiyə qardaşlığının, iki dövlət arasında münasibətlərin daha da möhkəmlənməsinə öz töhvəsini verəcək, qardaş xalqlar arasında mövcud olan telləri daha da bərkidəcək.
Professor əlavə edib ki, sözügedən kəmər Naxçıvan əhalisini qazla təmin etməklə yanaşı Türkiyənin İğdır və Qars bölgəsini, başqa sözlə, boru xəttinin keçdiyi Türkiyə kəndlərini də istiliklə təmin edəcək.
Q. Hüseynli hesab edir ki, bu kəmər təkcə Naxçıvan əhalisinin qazla təminatını həyata keçirməyəcək, həm də Naxçıvan iqtisadiyyatının inkişafına təkan verəcək, xüsusilə yüngül sənaye müəssisələrinin işini asanlaşdıracaq, bu sahəyə marağı daha da artıracaq.
“Buna qədər biz Naxçıvanın qazlaşdırılmasının həyata keçirilməsi zamanı qaz ehtiyatının bir hissəsini İrandan alırdıq. Bu qaz kəmərinin açılması ilə bu problem də həllini tapmış sayılır. Odur ki, buna ancaq sevinmək lazımdır”, - deyə Q. Hüseynli vurğulayıb.
Professor əlavə edib ki, Azərbaycanın qardaş Türkiyə üzərindən Naxçıvanın qazlaşdırılmasını yüksək səviyyədə həyata keçirməsi əslində qonşu ölkələrə də bir ismarıcdır: “Bir müddət əvvəl Ermənistan baş naziri bu layihə haqqında qısaca fikirlər söyləmişdi. İndi Naxçıvanın qazlaşdırılması onlara da ismarıcdır. O mənada ki gələcəkdə Ermənistan da bu imkandan yararlana bilər. Həm də Azərbaycan qazından istifadə Ermənistana Rusiya qazından daha sərfəli başa gələ bilər. Azərbaycan bu imkanı da nəzərdən keçirə bilər, çünki potensialı var. Amma bunun üçün Ermənistan Azərbaycanla sülhə gəlməli, kommunikasiyaları açmalı, Zəngəzur dəhlizi işləməlidir. Yəni Azərbaycan 1995-ci ildən bu yana onlarla uğurlu layihələr həyata keçirib və bu sahədə təcrübəsi var. Ermənistan ağıllı hərəkət etsə, bu təcrübədən yararlana bilər”.
Y. QACAR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Mart 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2017

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see167

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see143

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see126

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri