Icma.az
close
up
RU
İğdırdan Naxçıvana deyil, Naxçıvandan İğdıra qaz ötürüləcək

İğdırdan Naxçıvana deyil, Naxçıvandan İğdıra qaz ötürüləcək

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Dünən mən Ermənistan baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizini gözardı edən və öz ağlınca Azərbaycanla Türkiyə arasında maraq toqquşması yaradacaq məqaləsinə toxunmuş, onu belə primitiv cəhdlərdənsə Əliyev-Ərdoğan görüşünü izləməyə çağırmışdım. Ümid etmək istərdim ki, Ermənistan baş naziri həmən görüşdə cənab İlham Əliyevin səsləndirdiyi və ardınca "X"da Rəcəb Tayyip Ərdoğanın yazdığı fikirlərin nə anlam daşıdığından düzgün nəticə çıxaracaq".

Ölkə.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev deyib.

"Gəlin, cənab İlham Əliyevin dediyinə diqqət yetirək: "Bildiyiniz kimi, Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir".

Azərbaycan Prezidentinin bir vaxtlar nəyi ədalətsizlik adlandırdığını və onun necə aradan qaldırıldığını işğalçı ölkədəkilər yəqin unutmayıb.

İndi də Ərdoğanın "X"da dövlət başçımızın Ankaraya səfəri ilə bağlı yazdıqlarına baxaq: "Mənə qardaşımı, Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyədə qəbul etmək çox xoş oldu. Biz "Bir millət, iki dövlət" şüarı çərçivəsində qardaşlıq əlaqələrimizin bütün sahələrində müdafiədən tutmuş ticarətədək böyük məsafə qət etmişik. ...İnşallah bundan sonra regional sülhə, rifaha və hüzura yönəlik hər cür layihələri birlikdə həyata keçirməkdə qərarlıyıq".

Paşinyan da, Ermənistanla "min illik sərhəd"dən dəm vuranlar da Türkiyə Prezidentinin Azərbaycanla əlaqələrdən bəhs edərkən müdafiə sahəsini niyə birinci yazdığının yəqin fərqindədirlər. Və onlar anlamamış deyillər ki, regional sülhə yönəlik hər cür layihələr deyərkən ilk növbədə Zəngəzur kommunikasiya dəhlizi nəzərdə tutulur. Naxçıvan-İğdır qaz kəmərinin işə düşməsi, Qars-Naxçıvan dəmir yolunun çəkilişi üçün hazırlıqlara başlanması Azərbaycanın sadəcə bir bölgəsi ilə Türkiyə arasında əlaqələr üçün deyil. Və mən burada İğdır-Naxçıvan qaz kəmərini heç də səbəbsiz Naxçıvan-İğdır kimi təqdim etmirəm. Fikrimcə, gələcəkdə bu kəmərlə İğdırdan Naxçıvana deyil, Naxçıvandan İğdıra qaz ötürüləcək. Naxçıvana isə o qaz Zəngəzur dəhlizindən keçməklə çatdırılacaq.

Yeri gəlmişkən, Zəngəzur dəhlizinin İrandan keçən Arazboyu yolla eyni şərtlər çərçivəsində fəaliyyət göstərə biləcəyini deyən Ermənistan baş naziri bir neçə reallığı unudur ki, onlardan da biri azərbaycanlı faktorudur. İrandan keçəcək yolun dörd bir tərəfində ancaq bizim soydaşlarımız yaşayır. Zəngəzur dəhlizi boyunca da uzun əsrlər kimlərin yaşadıqlarını Paşinyan çox gözəl bilir. Bilmirsə, yetirməsi olduğu Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-dəki çıxışına bir də qulaq assın. O, Ermənistanın keçmiş prezidentinin yurdlarından didərgin saldıqlarını fəxrlə bildirdiyi Qərbi Azərbaycan kökənlilərin geri dönmələrinə razıdırmı? Bu suala veriləcək cavab aydındır və açığı, bizim üçün elə də önəmli deyil. Çünki Zəngəzur dəhlizi də işə düşəcək, Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi Qərbi Zəngəzurdakı yurd yerlərimizə də qayıdacağıq", deyə S.Alıyev qeyd edib.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Mart 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri