Naxçıvana gedənlər üçün İğdıra neçə reys həyata keçirilib?
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti dayandırıldığından Azərbaycan vətəndaşlarının paytaxtdan Naxçıvana və əks istiqamətə səfərlərini təşkil etmək məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslər təşkil olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, sərnişinlərin İğdır şəhərindən Naxçıvana və əks istiqamətə daşınması isə AYNA tərəfindən xüsusi ayrılmış avtobuslarla ödənişsiz şəkildə həyata keçirilir.
“Naxçıvan Avtovağzalından İğdır hava limanı və əks istiqamətə daşımalar 7 iritutumlu avtobusla həyata keçirilir. Eyni zamanda, daşımalar üçün ehtiyat nəqliyyat vasitələri də ayrılıb.
Martın 5-dən indiyədək ümumilikdə 34 reys həyata keçirilib, 1442 nəfər Naxçıvandan İğdıra və əks istiqamətə daşınıb. Proses davam etdirilir”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:İğdırdan Naxçıvana deyil, Naxçıvandan İğdıra qaz ötürüləcək
06 Mart 2025 14:48
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün...
11 Sentyabr 2025 07:02
Naxçıvana düşən PUA səbəbilə Naxçıvan uçuşları ləğv edilərək Iğdıra yönləndirildi FOTOLAR
06 Mart 2026 11:22
AZAL Bakıdan İğdıra reyslər təşkil etdi
05 Mart 2026 23:37
Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər
20 İyul 2026 11:27
Baxış sayı:172
Bu xəbər 08 Mart 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















