Icma.az
close
up
RU
İğdırNaxçıvan Qaz Boru Xətti: Strateji layihənin ilk addımları FOTOREPARTAJ

İğdırNaxçıvan Qaz Boru Xətti: Strateji layihənin ilk addımları FOTOREPARTAJ

Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İğdır-Naxçıvan Qaz Boru Xətti: Strateji layihənin ilk addımları -FOTOREPARTAJ

Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq gün keçdikcə daha da möhkəmlənir. Bu əlaqələrin ən önəmli göstəricilərindən biri olan İğdır-Naxçıvan Qaz Boru Xətti, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən üçüncü qaz boru kəməri (Bakı-Tbilisi- Ərzurum və TANAP-dan sonra) layihəsidir. Bu layihə, Naxçıvan Muxtar Respublikasının qaz təminatını sabit və etibarlı bir mənbədən qarşılayaraq onun enerji təhlükəsizliyini təmin edəcək. Hazırda Naxçıvan qazla Azərbaycan və İran arasındakı svop müqaviləsi əsasında təmin olunur, lakin İğdır-Naxçıvan xəttinin inşası ilə bu asılılıq aradan qalxacaq.

Layihə həm Azərbaycanın enerji müstəqilliyini gücləndirəcək, həm də Türkiyə ilə iqtisadi bağları daha da möhkəmləndirəcək. Ən önəmlisi isə Azərbaycanın Naxçıvana nəql ediləcək qazın keyfiyyətinə nəzarət edə bilməsidir.

Qeyd edək ki, İğdır-Naxçıvan Qaz Boru Xəttinin inşasına qərar 2020-ci il dekabrın 25- də Ankarada imzalanmış anlaşma memorandumu ilə verilib. İllik ötürmə gücü

730 milyon kubmetr olan bu boru kəməri Naxçıvanın qaz tələbatını tam ödəyəcək.

2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır- Naxçıvan Qaz Boru Xəttinin təməli qoyuldu. Layihənin Azərbaycan hissəsinin tikintisini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Türkiyə hissəsini isə BOTAŞ şirkəti həyata keçirir.

Qaz boru xəttinin Türkiyə hissəsindəki son stansiyası olan Dilucu stansiyasında işlər artıq son mərhələdədir. Hazır olduqdan sonra başlanğıc nöqtədən çıxan qaz, 80 km- dən artıq məsafə qət edərək bu stansiyaya çatdırılacaq və oradan Naxçıvana nəql ediləcək.

İğdırdan Sədərək rayonuna qədər boru kəmərinin uzunluğu təxminən 100 km təşkil edir. Azərbaycan hissəsinin uzunluğu 17 km, Türkiyə hissəsinin uzunluğu isə 80 km-dən çoxdur. Kəmərin Azərbaycan hissəsinin tikintisi 2023-cü ilin iyul ayında başlanıb.

Sədərək qazpaylayıcı stansiyası "Revers" tipindədir, yəni qazı həm qəbul, həm də ixrac edə bilir. Burada da tamamlanma işləri yekunlaşmaq üzrədir və ilin sonuna qədər işlərin başa çatdırılması planlaşdırılır.

SOCAR-ın vitse-prezidentinin müavini, SOCAR Midstream Operations" MMC-nin Qaz Əməliyyatlarının rəhbəri Polad Rüstəmov layihənin noyabrın sonuna tamamlanacağını və əməliyyatların həmin tarixdən etibarən başlanacağını bildirib: "Kəmərin gündəlik ötürücülük gücü 2 milyon kubmetr nəzərdə tutulub ki, bu da illik təxminən 730 milyon kubmetrə bərabərdir. Layihəyə edilə biləcək kiçik modifikasiyalarla bu həcmi gündəlik 5 milyon kubmetrə, yəni illik 1,8 milyard kubmetrə qədər artırmaq mümkündür".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 08 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri