Icma.az
close
up
RU
İğdırNaxçıvan Qaz Boru Xətti: Strateji layihənin ilk addımları

İğdırNaxçıvan Qaz Boru Xətti: Strateji layihənin ilk addımları

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq gün keçdikcə daha da möhkəmlənir. Bu əlaqələrin ən önəmli göstəricilərindən biri olan İğdır-Naxçıvan Qaz Boru Xətti, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən üçüncü qaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum və TANAP-dan sonra) layihəsidir. Bu layihə Naxçıvan Muxtar Respublikasının qaz təminatını sabit və etibarlı bir mənbədən qarşılayaraq onun enerji təhlükəsizliyini təmin edəcək. Hazırda Naxçıvan qazla Azərbaycan və İran arasındakı svop müqaviləsi əsasında təmin olunur, lakin İğdır-Naxçıvan xəttinin inşası ilə bu asılılıq aradan qalxacaq.

Layihə həm Azərbaycanın enerji müstəqilliyini gücləndirəcək, həm də Türkiyə ilə iqtisadi bağları daha da möhkəmləndirəcək. Ən önəmlisi isə Azərbaycanın Naxçıvana nəql ediləcək qazın keyfiyyətinə nəzarət edə bilməsidir.

Qeyd edək ki, İğdır-Naxçıvan Qaz Boru Xəttinin inşasına qərar 2020-ci il dekabrın 25-də Ankarada imzalanmış anlaşma memorandumu ilə verilib. İllik ötürmə gücü 730 milyon kubmetr olan bu boru kəməri Naxçıvanın qaz tələbatını tam ödəyəcək.

2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan Qaz Boru Xəttinin təməli qoyuldu. Layihənin Azərbaycan hissəsinin tikintisini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Türkiyə hissəsini isə BOTAŞ şirkəti həyata keçirir.

Qaz boru xəttinin Türkiyə hissəsindəki son nöqtəsi olan Dilucu stansiyasında işlər artıq son mərhələdədir. Hazır olduqdan sonra başlanğıc nöqtədən çıxan qaz, 80 km-dən artıq məsafə qət edərək bu stansiyaya çatdırılacaq və oradan Naxçıvana nəql ediləcək.

İğdırdan Sədərək rayonuna qədər boru kəmərinin uzunluğu təxminən 100 km təşkil edir. Azərbaycan hissəsinin uzunluğu 17 km, Türkiyə hissəsinin uzunluğu isə 80 km-dən çoxdur. Kəmərin Azərbaycan hissəsinin tikintisi 2023-cü ilin iyul ayında başlanıb.

Sədərək qazpaylayıcı stansiyası "Revers" tipindədir, yəni qazı həm qəbul, həm də ixrac edə bilir. Burada da tamamlanma işləri yekunlaşmaq üzrədir və ilin sonuna qədər işlərin başa çatdırılması planlaşdırılır.

SOCAR-ın vitse-prezidentinin müavini, SOCAR Midstream Operations" MMC-nin Qaz Əməliyyatlarının rəhbəri Polad Rüstəmov layihənin noyabrın sonuna tamamlanacağını və əməliyyatların həmin tarixdən etibarən başlanacağını bildirib: "Kəmərin gündəlik ötürücülük gücü 2 milyon kubmetr nəzərdə tutulub ki, bu da illik təxminən 730 milyon kubmetrə bərabərdir. Layihəyə edilə biləcək kiçik modifikasiyalarla bu həcmi gündəlik 5 milyon kubmetrə, yəni illik 1.8 milyard kubmetrə qədər artırmaq mümkündür".

"Report" İnformasiya Agentliyi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Noyabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri