Icma.az
close
up
RU
İgidliyi ilə hər kəsə nümunə olmuş şəhid Sübhan Cəbrayılov

İgidliyi ilə hər kəsə nümunə olmuş şəhid Sübhan Cəbrayılov

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Şəhidin anası: Doğum günündə - oktyabrın 23-də Azərbaycan Bayrağına bükülmüş tabutu evimizə gəldi

Bakı, 23 oktyabr, AZƏRTAC

Sübhan sentyabrın 25-də ailə üzvləri ilə görüşüb və növbəti gün “təlimə gedirəm” deyərək evdən çıxıb. Həyat yoldaşı Sevda Cəbrayılova həmin günü belə xatırlayır: “Həmişəki kimi arxasınca su atdım, sağ-salamat qayıtması üçün dualar etdim. O, həmişə namaz qılanda da torpaqlarımızın işğaldan azad olunması üçün dualar edir, hətta özünə şəhidlik arzulayırdı. Sentyabrın 26-sı səhər tezdən bizimlə sağollaşıb, getdi. Haradan biləydik ki, bu, onun bizimlə son görüşüdür”

Anası Ləzifə xanım isə Sübhanın yoxluğuna hələ də inanmır: “Sübhan evimizin sonbeşiyi idi. Hələ lap hərbi xidmət illərindən fiziki gücünə, boy-buxununa görə onu Xüsusi Tətinatlı Qüvvələrdə (XTQ) xidmət etmək üçün seçmişdilər. Özünün də bu sahəyə həvəsi var idi. Lakin evdə, ailədə heç vaxt işi haqqında danışmazdı. Oktyabrın 23-ü onun ad günü idi. Həmin gün Sübhanın Azərbaycan Bayrağına bükülmüş tabutu evimizə gəldi. Onun ölümünə inanmırdım, heç indi də inanmıram. Elə oğula kim qıyar? Vətən müharibəsi günlərində dörd-beş gündən bir zəng edirdi. Hər dəfə də şən əhvali-ruhiyyədə olurdu. Kəndlərin, şəhərlərin işğaldan azad olunması onu hədsiz sevindirir, növbəti döyüşlərə ruhlandırırdı. Füzuli işğaldan azad ediləndə telefonla qızı ilə danışdı. Dedi ki, müharibə bitəndən sonra gəlib, səni Azıx mağarasına aparacağam. Bir arzusu da Şuşaya gedib, məsciddə namaz qılmaq idi. Döyüş yoldaşlarına deyirmiş ki, ad günümədək - oktyabrın 23-dək Şuşaya gedib çıxarıq. Təəssüf ki, o, bu arzusuna çatmadı”.

AZƏRTAC məlumat verir ki, Sübhan Rahim oğlu Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub. O, 2001-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2002-ci ildən xidmətinə XTQ-də davam edib. 2004-cü ildən XTQ-nin Xızı rayonundakı hərbi hissəsində hərbi qulluqçu kimi xidmətə başlayıb. Ölkə xaricində, xüsusilə Türkiyədə keçirilən bir çox təlimlərdə iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində XTQ-nin heyətində Füzuli, Cəbrayıl və Qubadlı rayonları, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsində şücaət göstərib. Oktyabrın 19-da Qubadlı rayonu istiqamətində strateji əhəmiyyətə malik mövqelər uğrunda gedən döyüşlərdə şəhid olub.

Belə ki, Laçın dəhlizinə nəzarət ələ alınmalı idi. Bunun üçün Qubadlı rayonu istiqamətində olan əlverişli mövqeninin işğaldan azad edilməsinə ehtiyac duyulurdu. Bunun üçün baş gizir Sübhan Cəbrayılov və onunla birlikdə 40 nəfərdən ibarət olan qrup ermənilərlə döyüşə girib. Lakin qüvvələr nisbəti isə qeyrı-bərabər idi, düşmən tərəfdən 150–200 hərbi qulluqçu vuruşurdu. Böyük hərbi əhəmiyyət daşıyan həmin mövqe uğrunda döyüş 7 saatdan artıq davam edib. Döyüşdə XTQ qrupunun şəxsi heyətindən 4 nəfər – baş gizirlər Sübhan Cəbrayılov və Camal İsmayılov, gizirlər Şəhriyar Quliyev və Elyar Vəliyev şəhid olublar. Onların meyitləri neytral zonada qalıb. Üç gündən sonra neytral zonadan nəşi götürülən Sübhan oktyabrın 23-də Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunur. Həmin gün onun doğum günü idi...

Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən Sübhan Cəbrayılov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Rəsmi məlumata əsasən, onun mənsub olduğu tabor Vətən müharibəsində XTQ arasında ən çox şəhid verib. Döyüş yoldaşları onun göstərdiyi qəhrəmanlıqlar haqqında çoxlu misallar göstərir, əhvalatlar danışırlar. Onlar Sübhanın içərisi düşmən əsgərləri ilə dolu “Ural” markalı avtomobili partlatmasına, erməni zabiti əsir götürməsinə, çoban geyimində onların arasına girən erməni kəşfiyyatçısını tanıyaraq məhv etməsinə şahidlik etdiklərini deyirlər. Ölümü gözünün önünə alaraq vuruşan qəhrəman hərbçi yoldaşları ilə birlikdə Cəbrayıl rayonunda qızğın döyüşlər gedərkən üç gün susuz qalıb, dəfələrə güllə yağışı altında yaralanıb, şəhid olmuş və yaralı vəziyyətdə olan yoldaşlarını çiyninə, qucağına alaraq təhlükəli mövqelərdən çıxarıb. Heyrətamiz cəsarət və qorxmazlıq nümayiş etdirən baş gizirə ehtiyatlı olmaq barədə xəbərdarlıq edəndə həmişə deyərmiş: ”Təki Vətən yaşasın...”

Vətən müharibəsi günlərində çoxlu qəhrəmanlıq nümunələri göstərən Sübhan Cəbrayılov fədakarlığı ilə canından artıq sevdiyi Vətəni yaşatdı, torpaqların düşmən işğalından təmzilənməsində böyük pay sahibi oldu, özü isə əbədi olaraq xatirələrə köçdü...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri