Icma.az
close
up
RU
Şəhid Siyasət Mustafayevin igidliyi gələcək nəsillərə örnəkdir

Şəhid Siyasət Mustafayevin igidliyi gələcək nəsillərə örnəkdir

Icma.az bildirir, Azertag portalına istinadən.

Ağdaş, 28 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Ağdaş rayonunun Pirəyir kəndində Vətən müharibəsi şəhidi Mustafayev Siyasət Akif oğlunun şəhadətə yüksəlməsinin ildönümü münasibətilə anım mərasimi keçirilib. Tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev, rayon icra hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, YAP rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, ictimaiyyət nümayəndələri, şəhidin doğmaları və kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən qəhrəman oğullarımızın əziz xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Çıxış edən Milli Məclisin deputatı Sahib Alıyev və rayon icra hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə Siyasət Mustafayevin döyüş yolundan söz açıblar. Qeyd ediblər ki, şəhidimizin igidliyi, vətənpərvərliyi və fədakarlığı bu gün gənclər üçün böyük örnəkdir. Siyasət Mustafayev Vətən müharibəsi günlərində ön cəbhədə əsl qəhrəmanlıq göstərərək, tarixi qələbəmizin qazanılmasına töhfə verib. Bildirilib ki, xalqımız hər zaman öz qəhrəman oğullarını ehtiramla anacaq, onların canı və qanı bahasına azad olunan torpaqlarımız əbədi qorunacaq. Şəhidlərimizin igidliyi və qələbə əzmi Azərbaycan tarixində silinməz iz buraxıb və gələcək nəsillərin yaddaşında daim yaşayacaq.

Xatırladaq ki, Siyasət Mustafayev 1996-cı il mayın 2-də Ağdaş rayonunun Pirəyir kəndində anadan olub. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında əvvəlcə müddətli, sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Azərbaycan Ordusunun kiçik çavuşu olan Siyasət 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həmin gün – sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub və doğma kəndi Pirəyirdə dəfn edilib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Siyasət Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri