İğtişaşlar “inqilabçı” mütəxəssislər tərəfindən təşkil edilmişdi...
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
...Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, 2022-ci ilin yanvar ayında Qazaxıstanda baş verən iğtişaşlar "inqilabçı" mütəxəssislər tərəfindən təşkil edilib.
TASS xəbər verir.
Qazaxıstan lideri "Türküstan" qəzetinə verdiyi müsahibədə qeyd edib ki, "iğtişaşların təhrikçiləri, "inqilabçı" mütəxəssislərin nəzarəti altında, hökumətin yanacaq qiymətlərini qaldırmaq qərarından istifadə edərək kütləvi nümayişlərə səbəb olublar.
...Daha sonra vətəndaşlar, dövlət qulluqçuları və təəccüblüdür ki, xeyli sayda təhlükəsizlik qüvvələri arasında panika yaranıb və onlar məxfi sənədləri eləcə də silahları qoyub vəzifələrini tərk etməyə başlayıblar.
Milli Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin bir sıra rəhbərləri vətənə sədaqət və peşəkarlıq sınağından keçə bilməyiblər.
Tokayev bunu təəssüflə bildirib.
2022-ci ilin yanvar ayının əvvəlində Qazaxıstanda soyğunçuluq və polisə, hərbi qulluqçulara hücumlarla müşayiət olunan xalq iğtişaşları başlayıb.
Kasım-Jomart Tokayevin kömək üçün müraciət etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) səyləri sayəsində sabitlik bərpa edilib.
Qazaxıstanda vəziyyət 7 yanvar tarixinə qədər normallaşıb və 19 yanvarda ölkə miqyasında fövqəladə vəziyyət ləğv edilib. Hakimiyyət orqanlarının məlumatına görə, iğtişaşlar zamanı 238 nəfər həlak olub, 4500-dən çox insan yaralanıb.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 05 Yanvar 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















